. Love.az

Nuhbala Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Nuhbala Quliyev

Nuhbala Nəcəfqulu oğlu Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist[1]. "Ağ çiçəklər diyarında" , "Xəzəri fəth edənlər" oçerklərinin müəllifidir.[2]

NUHBALA QULİYEV
Doğum tarixi 23 oktyabr 1927
Doğum yeri Bakı şəhəri, Zirə qəsəbəsi
Vəfat tarixi 14 iyun 1998 (70 yaşında)
Vəfat yeri Bakı şəhəri, Zirə qəsəbəsi
Fəaliyyəti ssenarist

1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.

Ssenari müəllifi olduğu filmlər

redaktə
  • Ən dərin (film, 1965)
  • Veteran neftçi (film, 1971)
  • Mənim həyatım (film, 1971)
  • Şəki heyvandarlıq kompleksi (film, 1975)
  • Vahid bayraq altında (film, 1978)
  • Zirvəyə yol (film, 1980)
  • Abşeron rəngləri (film, 1983)

İstinadlar

redaktə
  1. ↑ "Qəzet bolluğu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir" Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine — 525-ci qəzet
  2. ↑ Мир белых цветов : Очерки о передовиках Азербайджана - Кулиев Нухбала Наджафкулу оглы (rus). 1983. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-19.

2. "Ağ çiçəklər diyarında" rus dilində

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nuhbala_Quliyev&oldid=7741531"
LOVE.AZ