. Love.az

Nurlana Eliyeva Filoloq 1946 - Wikipedia - Love.az

Ana Səhifə - Nurlana Eliyeva Filoloq 1946
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Nurlana Əliyeva.

Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009–2021), Filologiya elmləri doktoru, professor.

Nurlana Əliyeva
Bakı Slavyan Universitetinin rektoru
23 iyun 2016 – 22 iyun 2021
ƏvvəlkiAsif Hacılı
SonrakıAnar Nağıyev
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
25 aprel 2009 – 5 mart 2021
ƏvvəlkiSəriyyə Əbülhəsənova
SonrakıBahar Muradova
Şəxsi məlumatlar
Doğum tarixi 28 avqust 1946(1946-08-28) (78 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20042004
"Şöhrət" ordeni — 20082008
nurlanaeliyeva.az

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Təltifləri
  • 4 İstinadlar

Həyatı

redaktə

Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra — 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.

Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.

12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.[1]

Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilib[2].

Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə, Nurlana Müzəffər qızı Əliyeva 22 iyun 2021-ci ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib[3]

Ailəsi

redaktə

Ailəlidir, 2 övladı, 5 nəvəsi var. Nurlana Əliyeva sabiq deputat Hadi Rəcəbli ilə qudadır.[4]

Təltifləri

redaktə

2004-cü ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycanın hakim partiyasının Qadınlar Şurasına yeni sədr seçilib". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  2. ↑ "Qadın rektor oldu". 2016-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.
  3. ↑ "N.M.Əliyevanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  4. ↑ "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nurlana_Əliyeva_(filoloq,_1946)&oldid=8001437"
LOVE.AZ