Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri.
Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir.[1] Oleq Mudrak[rus.] tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.[2]
Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır.[3]
Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir:[4][5][6][7]
Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir:[8]
|
İsveçli dilçi və türkoloq Lars Yohanson[q 1] Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir:[9]
|