Obergefell v. Hodges — ABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir.
Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.[1] Ali Məhkəmənin hökmü 1967-cı ildə irqlərarası nikahın qanuniləşməsindən sonra evlilik qanunlarında daha bir inkişaf hesab edilir.[2]
ABŞ prezidenti Barak Obama "Twitter" səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır. “Homoseksuallar hər kəs kimi artıq evlənmək hüququ əldə edib”-deyə prezident bildirib.[3]