Oh My God – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. 6 aprel 2020-ci ildə "I Trust" minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Eyni gün ingiliscə versiyası yayımlanmışdır. Mahnı özünəinam, işıqla qaranlığın mübarizəsi, saflıq və günah haqqındadır. Sözləri qrupun üzvü Soyon yazmışdır. Yaponca versiyası 26 avqust 2020-ci ildə eyniadlı minialbomla buraxılmışdır.
"Oh My God" | ||||
---|---|---|---|---|
(G)I-dle tərəfindən "I Trust" albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 6 aprel 2020 | |||
Janr | trep | |||
Dil | koreya dili, ingilis dili | |||
Müddət | 3:15 | |||
Prodüser |
|
|||
Sözlərin müəllifi |
|
|||
Leybl | ||||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Oh My God" — YouTube platformasında
|
"Oh My God" 6 aprel 2020-ci ildə həm koreya dilində, həm də ingilis dilində buraxılmışdır. Miyonun sözlərinə görə ingilis versiyası qrupun qlobal fanatları üçün buraxılmışdır.[1] Mahnının yaponca versiyası 26 avqust 2020-ci ildə "Oh My God" minialbomunun əsas mahnısı kimi buraxılmışdır.[2]
Mahnı üçün klipin tizeri 6 avqust 2020-ci ildə yayımlanmış[3] və YouTube-da 11 saat ərzində 1 milyon baxış yığmışdır.[4] Klip Soyonun ağ otaqdakı rəqsi ilə başlayır və reallıqdan qaçmağa çalışması ilə davam edir.[5] Klipin sonuna doğru Sucin latın dilində "ürəyimin dibindən" mənasına gələn "Ab imo pectore" ifadəsini pıçıldayır. Klipin xoreoqrafiyası "Star System" tərəfindən hazırlanmışdır.[6] Mahnı üçün monoton sözlər videosu 8 apreldə,[7] rəqs videosu 12 apreldə buraxılmışdır.[8] Klip buraxıldıqdan 24 saat sonra 17 milyon baxışa çatmışdır.[9][10] 13 aprelə qədər 50 milyon dəfə izlənmiş, qrupun 50 milyon baxışa ən tez çatan mahnısı olmuşdur.[11] 9 iyul 2020-ci ildə 100 milyon baxışa çatmışdır.[12] "Rolling Stone India" klipi 2020-ci ilin ən yaxşı 4-cü K-pop klipi adlandırmışdır.[13]
"Oh My God" mahnısı qrupun lideri Soyon tərəfindən yazılmışır.[14] Mahnı urban hip-hop janrındadır, trep və pop xüsusiyyətləri daşıyır.[15][16] Mahnının sözləri özünəinam mövzusunda olub reallıqda üzləşmək və rədd edilmə, qarışıqlıq, özünü tanıma və ləyaqət hislərini yaşamaqdan bəhs edir.[17][1]
Mahnıda yer alan "Ey tanrım / o, məni göylərə apardı / Ey tanrım / o, mənə bütün ulduzları göstərdi" sözləri dinləyicilər arasında marağa səbəb olmuş və kimdən söhbətin getdiyini müzakirə etmişdirlər. Soyon buna cavab olar bildirmişdir ki, buradakı şəxs xəyalidir və sözlər sevginin müxtəlif formalarını tərənnüm edir, odur ki, bunu şərh etməyi dinləyicinin öhdəsinə buraxır.[18]
"Tonplein" jurnalından Yan Sora mahnını 2020-ci ilin ən yaxşı mahnıları siyahısında 15-ci yerdə göstərmişdir. O, mahnının kompozisiyasını və qrup üzvlərinin ifalarını bəyənmişdir.[19] "Paper" jurnalı mahnını öz siyahısında 28-ci yerdə göstərmişdir.[20]
Mahnı 8 top hit-paradda debüt etmişdir.[21][22] Şotlandiyada 97-ci, Macarıstanda 24-cü yerdə debüt edərək qrupun Avropa hit-paradlarına daxil olan ilk mahnısı olmuşdur. Tayvanda 21-ci yerdə debüt etmiş və "KKBOX" həftəlik hit-paradında 3-cü yerə qalxmışdır.[23][24][25] Qrup 17 aprel 2020-ci ildə bu mahnı ilə KBS-in "Music Bank" verilişində qalib gələrək ilk veriliş qalibiyyətini əldə etmişdir.[26] Mahnı SBS-in "Inkigayo", Mnet-in "M Countdown" və MBC-nin "Show! Music Core" verilişlərində qalib olmuşdur.[27] "Amazer"in məlumatına əsasən "Oh My God" 2020-ci ilin aprel ayının ən çox koverlənən K-pop mahnısı olmuşdur.[28]