Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Sovet İttifaqı Qəhrəmanı.
Oleq Babak | |
---|---|
rus. Олег Яковлевич Бабак | |
Doğum tarixi | |
Doğum yeri | Viktoriya, Poltava vilayəti, Ukrayna SSR |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Yuxarı Cibikli, Qubadlı rayonu, Azərbaycan SSR |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Viktoriya, Poltava vilayəti, Ukrayna SSR |
Vətəndaşlığı | Ukraynalı |
Atası | Yakov Babak |
Anası | Nadiya Babak |
Milliyyəti | Ukraynalı |
Fəaliyyəti | Hərbçi |
Partiyası | |
Tanınır | Sonuncu SSRİ Qəhrəmanı |
Mükafatları |
![]() ![]() |
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub.[1] O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib.
Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.[2]
Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.[3][4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |