Olqa Yulianovna Kobılyanska (ukr. О́льга Юліа́нівна Кобиля́нська; 27 noyabr 1863[1], Qura-Qumora[d], Avstriya-Macarıstan[4][3][…] – 21 mart 1942[2][3][…], Çernovtsı, Rumıniya Krallığı[3][5][…]) — Ukrayna modernist yazıçısı və erkən Bukovina feministi. O, Ukrayna qadınlarının və XX əsrin əvvəllərindəki Bukovina kəndinin problemlərindən bəhs edən roman və hekayələrin, gündəlik və məktubların müəllifi olmuşdur. Kobılyanska Ukrayna ədəbiyyatında erkən modernizmin ən mühüm simalarından biri kimi tanınır.[6]
Olqa Kobılyanskaya | |
---|---|
ukr. Ольга Марія Кобилянська | |
![]() | |
Doğum tarixi | 27 noyabr 1863(1863-11-27)[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 mart 1942(1942-03-21)[2][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, qadın hüquqları fəalı[d], publisist, tərcüməçi |
Əsərlərinin dili | ukrain dili |
![]() |
Cəmi 4 sinif formal təhsil alan Kobılyanska qadınların qeyri-bərabər mövqeyini, "ailə köləliyi və sosial köləliyi" diqqətlə hiss etmişdir. O, 1894-cü ildə "Qadın hərəkatı ideyası haqqında bir şey" əsərində "Bukovinada Rus Qadınları Cəmiyyəti"nin mənşəyinə toxunmuşdur. Kobılyanska 1902-ci ildə Çernovtsıda "Ukraynalı Qızlar Dərnəyi"ni təşkilatçılarından biri olmuş və ona rəhbərlik etmişdir.[7]
Olqa Kobılyanskaya 27 noyabr 1863-cü ildə Cənubi Bukovinanın Qura-Qumora şəhərində (indiki Rumıniya) mahal məhkəməsi katibi ailəsində, yeddi uşaqdan dördüncüsü olaraq anadan olmuşdur. Atası Yulian Kobılyanski Qalisiyada anadan olmuşdur,[8] anası Mariya Verner isə alman ailəsindən idi. Onun qohumu məşhur alman romantik şairi Zaxariya Verner olmuşdur. Əslən alman olan Mariya Verner ərinə məhəbbətlə ukrayn dilini öyrənmiş, yunan katolik inancını qəbul etmişdir.[9]
Şəhərdə məktəb olmadığına görə Kobılyanskanın atası uşaqlarının gələcəyini düşünərək 1869-cu ildə Suçavaya köçmüşdür. Onlar üç il orada yaşamışdılar. Kobılyanskanın Suçavada qalan qardaşları alman gimnaziyasına getməyə başlamışdılar. Kobılyanska Suçavada yerli keşiş və yazıçı Nikolay Ustiyanoviç ilə tanış olmuş və onlar arasında ömrünlərinin sonuna qədər davam edən dostluq münasibətləri yaranmışdır. 1875-ci ilə qədər ailə Kımpulunq şəhərinə köçmüşdür. Kobılyanska orada ibtidai məktəbin dörd sinfini bitirmişdir. Bütün dərsləralman dilində keçirilmişdir. Kobılyanska on dörd yaşında alman dilində gündəlik yazmaqla yanaşı, şeir yazmağa başlamışdır. Kobılyanska on səkkiz yaşında rəssam Qalisiyadakı qadın hərəkatının yaradıcılarından biri, sonradan Kobılyanskanın əsərlərinin ilk illüstratoru olmuş Avqusta Koxanovskaya, Avstriya-Macarıstanda ilk qadın həkim olmuş Sofiya Okunevskaya və yazıçı Nataliya Kobrinska ilə tanış olmuşdur. Bundan başqa, Kobılyanska Nataliyanın qardaşı Yevgeniyə aşiq olmuşdur. Onlarla ünsiyyət Kobılyanskanın dünyagörüşünün formalaşmasına kömək etmişdir.[9]
1886-cı ildə Olqa Kobılyanskayanın alman dilində "O, evləndi" hekayəsi nəşr olunmuşdur. Bu, sonradan "Kişi" adlı hekayənin əsasına çevrilmişdir. Kobılyanskaya 1891-ci ildən Çernovtsıda yaşamışdır. O, 1903-cü ildə soyuqdəymənin ağırlaşması səbəbindən iflic olmuş və əsərlərini xəstəxana çarpayısından yazmalı olmuşdur. 1940-cı ildə Kobılyanskaya Şimali Bukovinanın Sovet Ukraynası ilə birləşməsini alqışlamış və SSRİ Yazıçılar Birliyinə qəbul edilmişdir.[10] Yazıçı Kımpulunq, Dımka, Boleqovda yaşayanda yeddi ildən çox gündəlik tutmuşdu.[11]
İkinci Dünya müharibəsi illərində ağır xəstəlik keçirlən Kobılyanskaya Çernivtsını tərk edə bilməmişdir. Sovet mənbələrinə görə, Çernivtsıda qurulan Rumıniya hakimiyyəti onu hərbi məhkəməyə vermək niyyətində olmuşdur. Hər halda, Olqa Kobılyanskaya 21 mart 1942-ci ildə vəfat etmişdir.[10]
Olqa Kobılyanskaya yaradıcılığının erkən dövründə bəzi əsərlərini alman dilində yazmışdır.[13]
Yazıçının əsərləri əsasında filmlər çəkilmişdir.
Vikianbarda Olqa Kobılyanskaya ilə əlaqəli mediafayllar var. |