Olqa Aleksandrovna Kovalkova (belar. Вольга Аляксандраўна Кавалькова; 26 yanvar 1984, Minsk) — Belarus siyasətçi, hüquqşünas, mühasib, qeydiyyatdan keçməmiş Belarus Xristian Demokratiya partiyasının həmsədri və siyasi böhranın aradan qaldırılması prosesinin təşkili üzrə Koordinasiya Şurasının üzvü. O, 2020-ci il Belarus etirazları və mübahisəli 2020-ci il Belarus prezident seçkilərindən sonra müxalifətin aktiv siyasi lederlərindən biri olub.
Olqa Kovalkova | |
---|---|
belar. Вольга Аляксандраўна Кавалькова | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1984(1984-01-26) (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | belarus |
Vətəndaşlığı |
![]() |
Partiya | Belarus Xristian Demokratiya partiyası |
Fəaliyyəti | siyasətçi, hüquqşünas, mühasib, politoloq |
Dini | xristianlıq |
|
|
Təltifləri | Saxarov mükafatı (2020-ci il) |
![]() |
Olqa Kovalkova 26 yanvar 1984-cü ildə Minskdə anadan olub.
2006-cı ildə Kovalkova Belarus Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Olqa Kovalkova 2005-ci ildə Respublika Kadrların İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunda mühasib, Şərqi Avropa Siyasi Araşdırmalar Məktəbində isə siyasi elmlər dərəcəsi alıb.
Olqa Kovalkova 2004-2008-ci illərdə Minsk şəhərinin rayon administrasiyalarında, sonra mənzil-tikinti istehlak kooperativlərində hüquqşünas, sədr və baş mühasib kimi çalışıb. O, 2011-2014-cü illərdə Təkmilləşdirmə İnstitutunda müəllim vəzifələrində işləyib.
2011-ci ildən Olqa Kovalkova Belarus dövləti tərəfindən rəsmən qeydiyyata alınmamış “Belarus Xristian Demokratiyası” partiyasının üzvüdür. Hazırda Kovalkova Belarus Xristian Demokratlar Partiyasının həmsədridir.
Olqa Kovalkova 2019-cu ildə 103 saylı Minsk Puşkinski seçki dairəsindən deputatlığa namizəd kimi seçkilərdə iştirak edib. Lakin parlamentə seçilə bilməyib.
12 fevral 2020-ci ildə Olqa Kovalkova Belarusda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
O, martın 27-də başlayıb aprelin 30-da başa çatan praymerizdə iştirak edib. Onun məqsədi müxalifətin vahid namizədini müəyyən etmək olub və Kovalkova 1073 səs toplayıb. Beləliklə, o, praymerizdə üçüncü yeri tutub.[1]
20 may 2020-ci il tarixində Belarus Mərkəzi Seçki Komissiyası 120 nəfərdən ibarət təşəbbüs qrupunu qeydə alıb. Bununla belə, COVID-19 pandemiyası səbəbindən Kovalkova namizədliyi üçün imza toplamaq niyyətində olmayıb.[2][3]
"TUT.BY", "Teleqraf.by" və Belarus “Azadlıq Radiosu” kimi portalların keçirdiyi onlayn sorğulara əsasən, Kovalkovanın reytinqi mayın 20-dən 26-na kimi 0,25%-dən 0,37%-ə qədər dəyişib.[4][5][6]
İyunun 19-da Belarus Respublikasına namizədlər üçün imzaların toplanması başa çatıb, lakin Kovalkova toplanan imzaların sayı barədə danışmayıb. Həmçinin o, Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini təqdim etməyib.
İyunun 30-da Mərkəzi Seçki Komissiyası Olqa Kovalkovanın namizədliyini rədd edib.
Olqa Kovalkova seçkilərdə namizəd Svetlana Tixanovskayanın etibarlı adamına çevrilib.[7][8][9]
Avqustun 17-də, Belarusda 2020-ci il etirazları zamanı Olqa Kovalkova siyasi böhranın aradan qaldırılması prosesinin təşkili üzrə Koordinasiya Şurasının rəyasət heyətinin üzvü seçilib.[10][11] Koordinasiya Şurasının əsas məqsədi konstitusiya çərçivəsində hakimiyyətin ötürülməsini təmin etmək idi.
Avqustun 21-də, hakimiyyətin ötürülməsi üzrə şuranın yaradılması ilə bağlı cinayət işinin açılmasından bir gün sonra, Mariya Kolesnikova Polşanın baş naziri ilə görüşmək üçün Polşaya uçmağa cəhd edərkən Minsk hava limanında saxlanılıb.[12] Qeyd edək ki, baş nazir Mateuş Moraveçkiy bu görüş barədə heç bir açıqlama verməyib.
Avqustun 25-də məhkəmənin qərarı ilə Olqa Kovalkova 10 sutka müddətinə həbs edilib.
Sentyabrın 4-də günortadan sonra Kovalkova təhlükəsizlik qüvvələri tərəfindən Minskdəki Okrestinadakı təcridxanadan gizli şəkildə naməlum istiqamətdə aparılıb. Sentyabrın o, 5-də saat 2-də Qrodno-Varşava marşrutu ilə Bruzgi sərhəd-keçid məntəqəsinə aparılıb.[13] Sentyabrın 5-i axşama olan məlumata görə, Kovalkova məcbur şəkildə Polşa ərazisinə yola salınıb.
Sentyabrın 21-də Olqa Kovalkova Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edib.
Olqa Kovalkova 6 mart 2023-cü ildə Minsk şəhər məhkəməsi tərəfindən "hakimiyyəti zorla ələ keçirmək" ittihamı ilə qiyabi olaraq 12 il həbs cəzasına məhkum edilib.[14]