. Love.az

Op Art - Wikipedia - Love.az

Ana Səhifə - Op Art

Op-art (ing. op art: ing. optical art; optik sənət) — təsviri sənətdə neoavanqard cərəyan, abstrakt sənətin son modifikasiyalarından biri.

Məzmun

redaktə

Əsasını Fransada yaşayan macar rəssamı Vazareli Vaşarxey qoymuşdur. Op-art sahəsində ilk təcrübələr 1940-50-ci illərə aiddir. Cərəyan kimi 1960-cı illərdən yayılmışdır. Op-art əsərlərinin əsasını cizgi, məkan və rəng münasibətlərinin tədricən dəyişməsindən, sadə həndəsi fiqurların dəfələrlər təkrarından əmələ gələn və optik illüziya yaradan ritmik kombinasiya təşkil edir.

Op-art vasitəsilə yaradılan optik və dekorativ effektlər sənaye qrafikası, plakat, dekorataiv-tətbiqi sənət və tərtibat sənətində (poliqrafiya, reklam, toxuculuq, vitrin və iteryerlərin tərtibatı) tətbiq olunur.

Ədəbiyyat

redaktə
  • ASE, VII cild, Bakı, 1983. səh. 353.
  Vikianbarda Op-art ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Op-art&oldid=7177220"
LOVE.AZ