Ornella Muti (it. Ornella Muti; 9 mart 1955[1][2], Roma[3]) — İtalyan aktrisa. Əsl adı Françeska Romana Rivellidir. Atası Neapol doğumlu italyan, anası isə estondur. Bacısı Claudia Mutidir. Muti iki dəfə ailəli olmuşdur. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspaniya film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir.
Ornella Muti | |
---|---|
it. Francesca Romana Rivelli | |
![]() | |
Doğum adı | Francesca Romana Rivelli |
Doğum tarixi | (70 yaş) |
Doğum yeri | Roma, İtaliya |
Uşağı | 3 (Naike Rivelli daxil olmaqla) |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1970-ci ildən |
Mükafatları |
![]() |
IMDb | ID0001560 |
![]() |
1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır. Muti, 1994-cü ildə "Class" jurnalının təşkil etdiyi bir anketdə dünyanın ən gözəl qadını seçilmişdir.
Rəsmi web saytı: http://ornellamuti.it
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |