. Love.az

Orxan Aslanov - Wikipedia - Love.az

Ana Səhifə - Orxan Aslanov

Orxan Əlövsət oğlu Aslanov (24 mart 1995) — Azərbaycanı təmsil edən yüngül atlet. Paralimpiya oyunlarında T13 kateqoriyası üzrə uzunluğa tullanma yarışlarında mübarizə aparır. O, 2 dəfə, 2020 Yay Paralimpiya Oyunlarında və 2024 Yay Paralimpiya Oyunlarında qızıl medalın sahibi olub.

Orxan Aslanov
Şəxsi məlumatlar
Tam adı Orxan Əlövsət oğlu Aslanov
Vətəndaşlığı
  •  Azərbaycan
Doğum tarixi 24 mart 1995(1995-03-24) (30 yaş)
İdman növü yüngül atletika
Məşqçiləri
  • Oleq Panyutin
Medallar

Paralimpiya Oyunları
Qızıl 2020 Tokio Uzunluğa tullanma, T13
Qızıl 2024 Paris Uzunluğa tullanma, T13

Dünya çempionatı
Qızıl 2024 Kobe Uzunluğa tullanma, T13
Dövlət təltifləri

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20212021 "Şöhrət" ordeni — 20242024

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
    • 2.1 2021
    • 2.2 2024
  • 3 İstinadlar

Həyatı

redaktə

Orxan Aslanov 1995-ci il martın 24-də anadan olub.[1]

Karyerası

redaktə

2021

redaktə

2021-ci ilin avqust ayında Orxan Aslanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Orxan Aslanov 7.36 metr nəticə ilə qızıl medala sahib oldu.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Orxan Əlövsət oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

2024

redaktə

Aslanov 2024-cü ilin sentyabrında Parisdə təşkil olunan 2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə uzunluğa tullanma turnirində mübarizə aparmış, 7,29 metr nəticə ilə çempion olmuşdur.[4]

Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Orxan Aslanova XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilmişdir.[5] Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin "Şöhrət" ordeni ilə təltif edilib.[6]

İstinadlar

redaktə
  1. ↑ "Orkhan ASLANOV | Profile | World Athletics". worldathletics.org. 2021-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
  2. ↑ ""Tokio-2020": Para-atletimiz Orxan Aslanov Azərbaycana 14-cü qızıl medalı qazandırıb". Azərtac. 2021-09-04.
  3. ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
  4. ↑ "Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb". Report İnformasiya Agentliyi (az.). 2024-09-07. İstifadə tarixi: 2024-09-22.
  5. ↑ "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
  6. ↑ "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orxan_Aslanov&oldid=7910044"
LOVE.AZ