. Love.az

Osamu Dazai Memorial Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Osamu Dazai Memorial Muzeyi

Osamu Dazai Memorial Muzeyi (太宰治記念館, Dazai Osamu Kinenkan?) və ya digər adı ilə Şayokan (斜陽館?) – Yaponiyanın Aomori prefekturasının Kanaqi bölgəsində yerləşən ev-muzey. Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur.

Osamu Dazai Memorial Muzeyi
Xəritə
Açılış tarixi 17 aprel 1998
Mövzu Osamu Dazai
Ölkə
  •  Yaponiya
Yerləşir Qoşoqavara[d]
40°54′09″ şm. e. 140°27′19″ ş. u.HGYO
kanagi-gc.net/dazai/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Ev-muzey Yaponiya yazıçısı Osamu Dazainin uşaqlığının bir hissəsini keçirdiyi malikanədə yerləşir. Tikili yazıçının atası Qenemon Tsuşima tərəfindən tikdirilmiş, tikintisi 21 iyun 1907-ci ilin tamamlanmışdır. Osamu Dazai 1909-cu ildə bu malikanədə doğulmuşdur.[1] Malikanə İkinci Dünya müharibəsindən sonra Tsuşima ailəsi tərəfindən satılmış, 1950-ci ildə yazıçının "Batan günəş" (Şayokan) romanının şərəfinə adlandırılmış "Şayokan" mehmanxasına çevrilmişdir. Osamu Dazai ilə əlaqəsinə görə bir çox şəxs mehmanxananı ziyarət etməyə gəlmişdir.[2]

Mehmanxana regionun əsas görməli yerlərindən biri kimi tanındığı üçün 1996-cı ilin martında keçmiş Kanaqi qəsəbəsinin rəhbərliyi malikanəni satın almış, əvvəlki vəziyyətinə gətirmiş[2] və 17 aprel 1998-ci ildə Osamu Dazaiyə həsr olunmuş muzey kimi açılmışdır. 10 dekabr 2004-cü ildə tikili Yaponiyanın əhəmiyyətli mədəni mülkü statusu almışdır.[1]

Xüsusiyyətlər

redaktə

İrimoya üslubunda dama malik malikanənin birinci mərtəbəsində 11 otaq, ikinci mərtəbəsində 8 otaq yerləşir. Malikanənin tikintisində Aomori sidrindən istifadə olunmuşdur. Malikanədə düyü anbarı, fəvvarə və bağ yerləşir.[2]

Muzeydə Osamu Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.[2] Muzeydə sərgilənən tökmə qab yazıçının həyat yoldaşı tərəfindən yazılmış "Osamu Dazai xatirələri" əsərində Dazainin sevimli əşyalarından biri kimi göstərilmişdir.[3]

Qalereya

redaktə
  •  
    İnteryeri.
  •  
    Nərdivanlar.
  •  
    Qonaq otağı.
  •  
    Malikanənin bağçası.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "記念館のあゆみ". Kanagi Genki Club (yaponca). 24 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
  2. ↑ 1 2 3 4 "Aomori's Shayōkan Museum: Writer Dazai Osamu's Childhood Home". Nippon.com (ingiliscə). 25 iyul 2018. 24 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
  3. ↑ "館内のご案内". Dazai Muzeyinin rəsmi saytı (yaponca). 22 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.

Xarici keçidlər

redaktə
  • Dazai Muzeyinin rəsmi saytı (arxivləşdirilib)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Osamu_Dazai_Memorial_Muzeyi&oldid=7745471"
LOVE.AZ