. Love.az

Oskar Pistorius - Wikipedia - Love.az

Ana Səhifə - Oskar Pistorius

Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır[1] (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı[2].

Oskar Pistorius
Oskar Leonard Karl Pistorius
Oskar Pistorius 2011-ci il Dünya Çempionatında
Oskar Pistorius 2011-ci il Dünya Çempionatında
Digər adı Ülgüclü Qaçan
Doğum tarixi 22 noyabr 1986 (38 yaş)
Doğum yeri CAR, Yohannesburq
Təhsili
  • Stratklayd Universiteti,
  • Pretoriya Universiteti,
  • Pretoriya Oğlanlar Məktəbi[d]
Fəaliyyəti yüngül atlet, qatil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub[1].

Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib[1].

Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur.

14 fevral 2013-cü il tarixində Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb)[3]. Riva Stinkampı öldürdüyünə görə Oskar Pistorius beş il müddətinə azadlıqdan məhrum edilmişdir. O həmçinin odlu silahdan istifadə etdiyinə görə üç il şərti cəza almışdır[4].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 İki ayağı protez olan idmançı olimpiadada yarışlara qatılacaq[ölü keçid]
  2. ↑ "Amputee sprinter second in Rome". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.
  3. ↑ "Məşhur idmançı Sevgililər günündə sevgilisini öldürdü". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.
  4. ↑ "Oskar Pistorius". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


  Vikianbarda Oskar Pistorius ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Oskar_Pistorius&oldid=6674722"
LOVE.AZ