Ostqot krallığı rəsmi olaraq İtaliya krallığı[1] (lat. Regnum Italiae, it. Regno degli Ostrogoti) — Qərbi Roma imperiyasının süqutundan sonra İtaliya ərazisində (493–553-cü illər) qurulmuş german mənşəli dövlət.[2] Ostqotlar qotların şərq qolunu təşkil edən bir tayfa birliyi olmuşdur və onların dövləti həm Roma irsinin qorunması, həm də german mədəniyyətinin yayılması baxımından böyük rol oynamışdır.[3]
Tarixi dövlət | |||
Ostqot krallığı | |||
---|---|---|---|
|
|||
![]() |
|||
|
|||
Paytaxt | Paviya, Ravenna | ||
Dil | latın dili, Qot dili | ||
Rəsmi dilləri | |||
Din | Arianlıq | ||
İdarəetmə forması | monarxiya |
Ostqotlar, qot tayfalarının şərq qolu kimi, ilkin olaraq Skandinaviya mənşəli olmuşdur, e.ə. 1-ci minillikdə Baltikyanı regiondan köçərək Qara dəniz sahillərinə və Ukrayna düzənliklərinə yerləşmişlər.[4] Burada onlar Roma imperiyası ilə sıx təmasda olmuş və həm müttəfiq, həm də düşmən kimi çıxış etmişlər. IV əsrin sonunda hunların Avropaya yürüşü zamanı Ostqotlar hunlara tabe oldular və uzun müddət Atilla imperiyasının tərkibində yaşadılar. Atillanın ölümündən sonra (453) Ostqotlar öz müstəqilliklərini bərpa etdilər.[5]
V əsrin sonunda Böyük Teodorix Ostqotların lideri olmuşdur.[6][7] O, Bizans imperatoru I Zeno ilə razılaşaraq İtaliyaya yürüş etmişdir. O zaman İtaliyada Odoakr adlı german sərkərdəsinin rəhbərliyi altında zəif bir rejim hökm sürürdü. Teodorix 493-cü ildə Odoakrı məğlub edib öldürərək Ostqot krallığını qurmuş və Ravenna şəhərini paytaxt etmişdir. Teodorix dövründə krallıq həm daxildə sabitlik, həm də çiçəklənmə dövrü yaşamışdır. Romalı əhali ilə german ostqotlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq təmin edildi. Roma qanunları, idarə sistemi və mədəniyyəti saxlanıldı, yalnız hərbi və siyasi hakimiyyət ostqotlarda idi. Teodorix bizansla, franklarla və visiqotlarla diplomatik əlaqələr qurmuşdur.[8] Kilsə və dövlət arasında tarazlıq saxlanılmağa çalışıldı, baxmayaraq ki, ostqotlar ariçilik (xristianlığın bir təriqi) inancına sahib idilər, Roma əhalisi isə katolik idi.[9]
Teodorixin ölümündən sonra Onun varisləri arasında daxili çəkişmələr başlamışdır.[10] Roma katolik kilsəsi və yerli aristokratiya ostqotlara qarşı çıxdı. Bu fürsətdən istifadə edən Bizans imperatoru I Yustinian, Belisarius və daha sonra Narses adlı sərkərdələri İtaliyaya göndərmişdir. 535–553-cü illərdəki qot müharibələri nəticəsində Ostqot Krallığı süqut etmişdir.[11] Ravenna şəhəri feth edilmişdir. Ostqotlar isə ya məhv edilmiş, ya da assimilasiya olmuşdur.[12]
"It was, as the name implies, an Ostrogothic kingdom but not in the sense that its population was largely or even substantially Gothic. The vast majority of tis inhabitants were of provincial Italo-Roman stock, but the kingdom had been created and its boundaries were subsequently maintained by the power of the Ostrogothic army with which Theoderic army with which Theoderic had conquered Italy between 489 and 493.