Qot dili — Qotlar tərəfindən istifadə edilmiş Hind-Avropa dillərindən biri hesab olunan German dillərindən biridir. Qot dili ən qədim german yazı dilidir. Bundan əlavə, Krım yarımadasında qotların vaxtilə mövcud olduğu müəyyən edilib. 1800-cü illərdə Krım qot dilinin varlığı Habsburqların Osmanlı səfiri Ogier Ghiselin de Busbecq tərəfindən təxminən 80 söz ehtiyatı ilə hazırlanan lüğətlə məlum olmuşdur. Dil IV əsrdə Ulfilas tərəfindən yaradılmış qot əlifbası ilə yazılırdı.
Qot dili | |
---|---|
Ölkələr | |
Region | Balkan yarımadası |
Danışanların ümumi sayı | nəfər. |
Ölü dil | VIII əsr |
Təsnifatı | |
Yazı | Qot əlifbası, Run əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | гот 154 |
ISO 639-1 | — |
ISO 639-2 | got |
ISO 639-3 | got |
Atlas of the World’s Languages in Danger | 358 |
Linguasphere | 52-ADA |
LINGUIST List | got |
IETF | got |
Glottolog | goth1244 |
![]() | |
![]() |
German dillərindən biri olan qot dili Hind-Avropa dil ailəsinə mənsubdur. Böyük miqdarda yazılı mənbəyə malik birinci german dili olan qot dilinin müasir dövrdə davamçısı xələfi yoxdur. Qot dili qotların franklar tərəfindən məğlub edilməsi, İtaliyada qotların siyasi hakimiyyətinin başa çatması, qotların izolyasiyası və bu dilin kilsə dili statusunu itirməsi ilə VI əsrdən sonra tənəzzülə məruz qalmışdır.[2] Bu dil İberiya yarımadasında VIII əsrə qədər mövcudluğunu saxlamağı bacarmışdır. XVI əsrdə Krım yarımadasında Oje Qiselin de Busbek tərəfindən Krım qot dili təxminən 80 sözdən ibarət bir formada qeyd edilmiş olsa da, Müqəddəs Kitabın tərcüməsinin yazıldığı tarixi qot dili ilə Krım qot dilinin arasındakı fonetik fərqlər Krım qot dilinin tarixi qot dilindən deyil, başqa bir Şərqi German dilindən meydana gəldiyini üzə çıxarır. Krım qot dilinin XVIII əsrin axırlarında məhv olduğu qəbul edilir.[3][4]