Çin heroqlifləri Otuz altı stratagema | |
---|---|
Ənənəvi | 三十六計 |
Bəsit | 三十六计 |
Pinyin | sān-shí-liù jì 36 kələk (hiylə) |
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat.
Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur. “Stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncərdir. Kim stratagemadan vaxtında istifadə etməyi bacarırsa təşəbbüsü əlində saxlaya bilir”. Stratagema — hər hansı bir (gizli) məqsədə çatmaq üçün, hansısa bir müşkül məsələni həll etmək üçün müvafiq obyektin psixologiyasını, vəziyyətini, şəraitini nəzərə almaqla düşünülmüş alqoritmdir. Bu alqoritm Çin tarixində və mədəniyyətində üç min illik bir tarixə malikdir. Heroqliflə 計 (“tzi”) kimi göstərilir. Digər mənaları: “ölç”, "hesabla", "plan", "texnika", "texnologiya", "oyun", “hiylə”.
Ənənəvi çincə: | 三十六計 | ||||||||||
Sadələşdirilmiş çincə: | 三十六计 | ||||||||||
|
İlk məlumat “Van Tzintzenin bioqrafiyası”nın - VII cildində verilməkdədir.(王敬則傳).[1]. Van, Cənubi Tzi sülaləsinin birinci imperatoru Qao-di dövründə (479—502 illər) mövcud olmuş sərkərdə olmuşdur. İmperator Min Di hakimiyyətə gəldikdən sonra bir neçə yüksək vəzifəli şəxsləri edam etdirdiyinə görə Van öz həyatı üçün qorxaraq üsyan qaldırır. Biləndə ki, taxt sahibi Syao Baotszyuan saraydan qaçıb, Van qeyd edirdi: “36 Tanyun traktına görə qaçmaq - ən yaxşıdır. Hər ikiniz, həm ata və həm də oğul təxirə salınmadan qaçmağa ehtiyacınız var” (檀公三十六策,走是上計,汝父子唯應急走耳). Cəmi 400 il, e. 220 -ci ilinə qədər hakimiyyətdə olmuş Xan sülaləsi tərəfindən e.ə 206 cı ildə, Çin torpaqları birləşdirilərək imperiyanın əsası qoyulur. Çin tarixinin intibah dövrü başlamış olur. Konfutsi fəlsəfəsi meydana çıxır, kağız icad edilir. İlk lüğət, hərbi traktatlar meydana çıxır. Bütün bunlara görə Çin imperiyası Xan sülaləsinin formalaşdırdığı hərbi təlim və stratagemlərə borcludur. Xan sülaləsi Çinin qüdrətini artırmaq və tamlığını qorumaq üçün üsyan qaldıran dövlət və əyalətləri güc vasitəsilə itaətində saxlayırdı. Bəzən gücün nail ola bilmədiyini kələklə əldə edirdi. Dama şirnikdirib nərdivanı götürmək kələyi bu məqsədlər üçün düşünülmüş stratagem sayılır. Xan sülaləsinin ordu sərkərdəsi, Xan Sin iki üsyanı yatırtmaq üçün səfərə çıxır. Bu zaman onunyolunu üçüncü bir dövlətin ordusu kəsmiş olur. Xan Sin Vey çayına çatanda qarşı sahildə iki yüz minlik ordunun onu gözlədiyini görür. Qarşısında üç yolun olduğunu görən Xan Sin fikirləşir ki, hücuma keçsə çayı üzüb keçmək məcburiyyətində qalan ordu əlverişsiz mövqe tuta bilər və məhv olar. Geri dönərsə əmri yerinə yetirmədiyinə görə imperatorun qəzəbinə gələ bilər. Bu da onun məhvi demək idi. Oturub qarşı tərəfin hücum edəcəyini gözləmək sadəlövlük olduğunu anlayan Xan Sin gecə ilə çayın yuxarı başında qum kisələrindən bən tikməyi əmr edir. Gecəni yatıb səhər ayılan Xan Sin suyun səviyyəsinin düşdüyünü görüb, hücuma keçir. Döyüş qızğın anında orduya geri çəkilmək əmri verir. Qarşı tərəf Xan Sinin məğlub edildiyini güman edib onları qovmağa başlayırlar. Rəqib ordusunun yarısının çayı keçdiyini görən Xan Sin pusquda duran əsgərlərə bəndi dağıtmaq əmrini verir. Suyun səviyyəsinin artması rəqib ordusunuy yarısını batırmış olur. Bu kələklə Xan Sin üç şeyə birdən nail olmuş olur.
Beləliklə dama cəlb edib, sonrada nərdivanı götürməklə Xan Sin rəqibi əlverişsiz şəraitə salaraq özü böyük itki vermədən onu darmadağın etmiş olur.
Bir çox stratagemlər hələ e.ə. 315 cı ildə təqribən Sun Dzın ölümündən 150 il sonra Sun Bin tərəfindən xatırlanmaqdadır. Otuz altı stratagem dünya tarixini dəyişmiş bir külliyyatdır. Belə ki, bütün tarixi hadisələr bu traktatların məhsuludur.
Bu baxımdan otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir İlk dəfə 1600 cü ildə naməlum müəllif tərəfindən külliyyat şəklinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
Çin imperiyası tarixi özündə qarşıdurma və çəkişmələrlə zəngin olmuş iki dövrü birləşdirir:
Bu mühit məhz filosof Lao-tszı “Dao de Tszin” traktatlarını qələmə almağı məcbur etmişdir.
Varlıq və yoxluq bir-birilərini doğurur,
Çətinlik və asan yaratmışlar bir-birini
Uzun və qısa mütənasibidir bir-birinə,
Hündür və qısa qarşılıqlı yaranmışlar,
Sonrakı və əvvəlki tamamıdır, bir-birinin
Bunun üçün kamil (daonu duyan)
İş görərkən hay-küysüz,
Elmdən faydalanıb, söz güləşdirmədən,
Hiss etdirmədən, belə onları dəyişərək,
Heç nədən, yaradıb nəsə
Güc tətbiq etmədən, hərəkətə gətirər,
Uğurla bitirsə belə, öyünməz yenə.
Lao-tszı hesab edirki təbiət qanunauyğunluqlarını dərk etmək və mənimsəməklə, onlardan çəkinməməklə, təbiətdə olan enerji və qüvvəni düzgün istiqamətə yönəltməklə insan öz məqsədlərinə az qüvvə və ya cüzi məsrəflə, asandlıqla nail olar və əldə olunan nəticələr daha uzunmüddətli, dayanıqlı ola bilər. İnsan hadisələrin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud «hərəkətsizlik» (uvey– gerçəkliyə seyirçi münasibət) dao–nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. Otuz altı stratagemin müdrikliyi Dao fəsəfi fikirinə söykənir.
Otuz altı stratagemin söykəndiyi sütunlardan biri də Leqizm təlimidir. Leqizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır.
Otuz altı stratagem 36 idiom (cəmi 138 çin yazısından) və ona verilmiş kiçik izahatdan ibarətdir. Stratagemə izahatlar Çinin İtszin və Leqizm təlimləri əsasında verilmişdir. Əsas mətn “六六三十六,數中有術,術中有數。陰陽變理,機在其中。機不可設,設則不中。” (Altı dəfə altı otuz altıya bərabərdir. Hesabda — ödəniş, ödənişdə — hesab. İn və Yan bir-birini əvəzləyir, kələk bundadır. Olacağı bilmək olmur, əvvəlcədən qələbəni proqnozlaşdırmaq mümkün deyil.) ifadəsinini nəzərdə tutur. Ənənəvi 36 stratagem 6 yarım qrupa bölünür. lakin bu cür bölüm şərtidir.
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
瞞 | 瞒 | mán | aldatmaq |
天 | 天 | tiān | Göy = İmperator |
過 | 过 | guò | üzüb keçmək |
海 | 海 | hǎi | Dənızi |
Kim ki, çalışır hər şeyi qabaqcadan görsün, onda sayıqlığını itirir. Günbəgün gördüyün şübhəli deyil. Aydın gün qaranlıq gecədən daha yaxşı gizlədir. Hər şeyi aşkarlamaq hər şeyi gizlətmək deməkdir.
|
Düşmənləri birlikdə görməkdən, Onları bölmək daha yaxşıdır. Hardan çəkilirlərsə, oradan hücum et. Haradan müqavimət göstərilirsə, oradan hücum etmə.
|
|
|
Düşmənlə hər şey aydındır, Amma dosta əminlik yoxdur. Dostunu düşmənini aradan götürülməsində istifadə et. Amma özün güc tətbiq etmə.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
以逸 | 以 逸 | yǐ yì | səbir ilə |
待 | 待 | dài | gözləmək |
勞 | 劳 | láo | əldən düşmək |
|
Düşmən böyük itki vermişsə, fürsətdən istifadə edib — xeyrini güd.
|
|
|
Rəqibin ruhu və başı qarışıqdırsa, qəfləti hücum anıdır.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
無 | 无 | wú | (heç nə) yoxdur |
中生 | 中 生 | zhōng shēng | çıxartmaq, yaratmaq |
有 | 有 | yǒu | (nəsə) olmaq, vardır |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
暗 | 暗 | àn | gizlin |
渡 | 渡 | dù | hücuma keçmək, ustunə yürümək |
陳 | 陈 | chén | yer adının I hecası |
倉 | 仓 | cāng | yer adının II hecası |
|
Qoy düşmən düşərgəsində nifaq artsın, ixtişaşlar çoxalsın. Bundan uzaq duraraq, fəlakəti gözləmək. Qarşılıqlı fitnə və nifrət,
|
|
Düşmənin oz-ozünü məhv etməsinin əlamətidir.
|
Rəqibinin etimadını qazanaraq, onu sakitləşdir. Bundan sonra öz gizlin planı həyata keçir. Hər şeyi tam hazırladıqdan sonra, tərəddüd etmədən hücum et. Düşmənə göz açmağa imkan vermə.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
打 | 打 | dǎ | vurmaq |
草 | 草 | cǎo | ot |
驚 | 惊 | jīng | qorxutmaq |
蛇 | 蛇 | shé | ilan |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
順 | 顺 | shùn | eyni istiqamətdə |
手 | 手 | shǒu | əl |
牽 | 牵 | qiān | özünə götürmək |
羊 | 羊 | yáng | qoyun, keçi |
E.ə. 770 ci ildə Sun Çenin rəhbərliyi altında müttəfiq çarlıqların əhatəsində olduğundan, müdafiə məqsədilə “Veyiə hücu medib, Çjano qurtarmaq ” stratagemindən yararlanaraq, Çen çarlığının paytaxtına hücum çəkir. Beləliklə o, müttəfiqlərin öz paytaxtlarını qorumaq üçün geri çəkilməsinə nail olur. Geri dönən Sun ordusu kiçik Tay dövlətini istila etmək qərarına gəlir. Bunu anlayan Tay dövləti Çen çarlığına ona yardım etməsi üçün müraciət edir. Çen ordusunun yaxınlaşdığını görən Sun hücumu dayandırıb geri paytaxtına dönür. Tay dövləti bundan fərəhlənərək şəhər qapılarını Çenin üzünə taybatay açır. Bunun gözəl fürsət olduğunu anlayan Çen Tayı fəth edir.
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
打 | 打 | dǎ | vurmaq |
草 | 草 | cǎo | ot |
驚 | 惊 | jīng | qorxutmaq |
蛇 | 蛇 | shé | ilan |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
借 | 借 | jiè | borc almaq (girov) |
屍 | 尸 | shī | cəsəd |
還 | 还 | huán | geri almaq |
魂 | 魂 | hún | can |
|
Rəqibin yorulacaq anı gözlə. Bunun üçün onu tələyə salmaq üçün kimdənsə istifadə et.
|
|
Han sülaləsinin son dövrlərində (e.ə. 221 - e. 220) imperiya hərbi sərkərdələri əllərində çoxlu hakimiyyət saxladıqlarından tək qonşu ölkələr müstəqilliklərini saxlaya bilmişdilər. Yantszı çayından cənubda iki iki rəqib dövlət: Sun Tse və Lyu Syun formalaşmışdır ki, bu da daimi çəkişmələrə gətirib çıxarırdı. Bu iki dövləti aradan götürməklə bütün cənubi Çinə sahib olmaq olardı. Lyu Syun paytaxtınin möhkəm istehkamları və dağlar əhatəsində olmasıona hücum etməyi mümkünsüz edirdi. Bu baxımdan Sun Tse birbaşa hücumdan vaz keçərək, “pələngi dağdan salmaq” planını cızır. E.ə. 199 cu ildə Sun Tse Lyu Syuna öz emissarını göndərərək, qiymətli bəxşişlərlə yanaşı onun hərbi qüdrətini ağızdolusu birməktubda göndərir. Lyu Syun bundan ziyadəsi ilə məmnun qalır. Məktubda daha sonra Sun Tse üçüncü Şanlyau çarlığından şikayətləndiyini, onun tərəfindən daim basqınlara məruz qaldığını yazır. Şanlyau çarlığının kiçik olmasına baxmayaraq onu təklikdə fəth etməyin mümkühsüzlüyünə inandırmağa çalışan Sun Tse Lyu Sunun Şanlyau çarlığına hücum edəcəyi təqdirdə ona kömək göndərəcəyini vəd edir. Bununla da onların üç şeyi birdən həlletmiş olacaqlarını qey deir.
Bundan şirnikən Lyu Syun öz sərkərdələri ilə məsləhətləşir. Sərkərdələrin kömək olmazsa, Şanlyau çarlığının fəthinin mümkün olmayacağını, ordu paytaxtı tərk edərsə, Sun Tsenin şəhərə hücum etmək ehtimalını nəzərinə çatdırılmasına baxmayaraq yürüşə hazırlaşmağı qərara alır.
Şanlyauya yaxınlaşan Lyu Syun ordusu yorğun olduqlarından hücum etməyib, düşərgə salaraq, vəd edilmiş köməyi gözləyirlər. Kömək gəlmədiyini görən Lyu Syun ordusu Şanlyau qala divarlarından yağan ox yağışı altında çaşbaş qalır. Bunu görən Sun Tse əsgərinə Lyu Syun ordusuna kömək etmək əvəzinə Lyu Syun paytaxtını tutmağı əmr edir. Zəif müdafiə olunan şəhər Sun Tse tərəfindən tutulur. Geri dönən Lyu Syun paytaxtının Sun Tse tərəfindən ələ keçirildiyini görən əldən düşmuş orduya cəhdlərə baxmayaraq paytaxtı geri almaq nəsib olmur və təslim olurlar. Beləliklə pələng öz yuvasına dönə bilmir.
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
欲 | 欲 | yù | istəmək |
擒 | 擒 | qín | titmaq |
故 | 故 | gù | bilərəkdən |
縱 | 纵 | zòng | buraxmaq |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
拋 | 抛 | pāo | atmaq |
磚 | 砖 | zhuān | kərpic |
引 | 引 | yǐn | tutmaq |
玉 | 玉 | yù | Nefrit |
|
Möhkəm düyünü açmaq üçün, əvvəlcə başçını ayır, yerdə qalan özü-özünə açılacaq. Düşməni başçsını tutmaqla məhv et. Bu dəniz əjdahasının quruda döyüşməsinə bərabərdir.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
釜 | 釜 | fǔ | qazan |
底 | 底 | dǐ | yer (ocaq) |
抽 | 抽 | chōu | çəkmək |
薪 | 薪 | xīn | odun |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
混 | 混 | hún | bulanıq |
水 | 水 | shuǐ | su |
摸 | 摸 | mō | güdmək (tutmaq) |
魚 | 鱼 | yú | balıq |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
金 | 金 | jīn | qızıl |
蟬 | 蝉 | chán | çəyirtkə |
脱 | 脱 | tuō | soyunmaq |
殼 | 壳 | ké | qabıq |
|
Rəqibin təkdirsə, öz yerində mühasirəyə alıb məhv et. Əgər rəqibə geri çəkilmək imkanı verərsinizsə, onda onu qovmağa qüvvə sərf etməli olacaqsınız.
|
|
E.ə. 260 cı ildə Tszin və Çjao çarlıqları arasında həlledici döyüş baş verir. Döyüş öncəsi Çjao öz yaşlı amma, təcrübəli ordu sərkərdəsini gənc lakin təcrübəsi az olan sərkərdə ilə dəyişir. Bunu görən Tszin ordu sərkərdəsi XXII stratagemdən faydalanmağı qərara alır. Tszin ilk olaraq Çjaoya hücum edir və sonra geri çəkilməyə başlayır. Çjao üstünlüyə malik olduğunu his edib Tszini qovmaq qərarına gəlir. Çjao Tszini onun ərazisinin içərilərinə qədər təqib edir, Tszin qoşununun ehtiyat qüvvələri Çjao qoşununun geri yolunu kəsirlər. Çjao sərkərdəsi qırx minlik ordu ilə mühasirəyə düşərək məhv olur.
|
Mövqelər sıxıldıqda, hərəkətlər buxovlanmışsa. Qonşunun (rəqibin) zəifliyindən istifadə edin. Uzaq düşmənlə müharibədən çəkinin.
|
|
Bir sərkərdə bir çox rəqibləri tərəfindən təhdid edilirsə, uzaq bir düşmənlə yaxınlaşaraq yaxınlıqdakını aradan götürməlidir. Buna mahiyyətcə oxşar ərəb atalar sözü: “Mənim dostumun dostu mənim də dostumdur” mövcuddur. Müasir tarixdən buna misal; Faşist Almaniyası ilə SSRİ arasında Polşanın işğalı məqsədi ilə imzalanmış Molotov-Ribbentrop paktı ola bilər.
Çin mübarizə aparan çarlıqlar dövrünü sona yetirərək, 250 illik mövcud olan yeddi çarlıq arasındakı tarazlıq pozularaq, mərkəzləşmiş imperiya dövründə qədəm qoyur. Tszin çarlığı uzaqla alyans yaradaraq yaxın qonşularını istila edib nəhayətində Çin imperiyasına çevrilir. Uzaqla müttəfiqliyə girməklə onun başının altına yastıq qoymuş, bununla da ona qarşı yarana biləcək alyansın qarşısını almış olur.
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
假 | 假 | jiǎ | borc almaq |
道 | 道 | dào | yol |
伐 | 伐 | fá | hücum |
虢 | 虢 | Guó | Quo dövləti |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
偷 | 偷 | tōu | gizlin |
梁 | 梁 | liáng | dayaqlar |
換 | 换 | huàn | dəyüşmək |
柱 | 柱 | zhù | sütunlar |
|
Tabeliyindəkiləri ram etmək üçün, onlarda dərin qorxu yaratmaq, başqalarına ibrət dərsi vermək.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
假 | 假 | jiǎ | özünü tülkülüyə qoymaq |
癡 | 痴 | chī | dəlilik |
不 | 不 | bù | yox |
癲 | 癫 | diān | dəli olmaq |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
上 | 上 | shàng | açıq |
屋 | 屋 | wū | dam |
抽 | 抽 | chōu | götürmək |
梯 | 梯 | tī | nərdivan |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
樹 | 树 | shù | ağac |
上 | 上 | shàng | asmaq |
開 | 开 | kāi | açılmış |
花 | 花 | huā | güllər |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
反 | 反 | fǎn | qarşı |
客 | 客 | kè | qonaq |
為 | 为 | wéi | etmək |
主 | 主 | zhǔ | ev sahibi |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
美 | 美 | měi | gözəl |
人 | 人 | rén | adam |
計 | 计 | jì | siyahı/səhifə |
|
Əgər çox boşdursa — daha da boşalt. Qoy rəqibin öz çətinliyindən çətinlik çıxsın.
|
|
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
反 | 反 | fǎn | qarşı |
間 | 间 | jiān | ara |
計 | 计 | jì | siyahı/səhifə |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
苦 | 苦 | kǔ | acı |
肉 | 肉 | ròu | ət |
計 | 计 | jì | siyahı/səhifə |
Heç kim özü-özünə xəsarət yetirməz. Əgər kimsə xəsarətlidirsə - deməli burada bir oyun yoxdur. Əgər yalan inandırıcı olarsa onda doğru da yalan olar. Onda kələk də baş tutmuş olar.
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
連 | 连 | lián | birləşdirmək |
環 | 环 | huán | zəncir halqası |
計 | 计 | jì | siyahı/səhifə |
İşarəsi | Pinyin | İzahı | |
---|---|---|---|
走 | 走 | zǒu | qaçmaq |
為 | 为 | wéi | etmək |
上 | 上 | shàng | |
策 | 策 | cè | üsul |