Partizan - (alban dilində:Basketboll Klub Partizani Tirana) - Tirana şəhərini təmsil edən basketbol klubu. Albaniyanın ən nüfuzlu komandası. Hazırda ölkə basketbol çempionatının I liqasında çıxış edir.
"Partizani" | |||
---|---|---|---|
Liqalar | B liqası | ||
Yaranma tarixi | 1946 (79 il əvvəl) (1946) | ||
Arena | «Aslan Rusi» | ||
Yer | ![]() | ||
Klub rəngləri | Qırmızı, Ağ, | ||
Baş məşqçi | ![]() | ||
Formalar | |||
|
"Partizan" basketbol klubunun əsası 1946-cı ildə qoyulmuşdur. Klub Albaniyanın Müdafiə Nazirliyinin komandası kimi tanınırdı və ona görə klub digər komandalardan hərbi xidmətə oyunçu "çağırmaq" hüququna malikdir. "Partizan" 33 dəfə ölkə çempionatının qalibi olmuşdur, təkcə 1971/1972-ci il mövsümündən 1988/1989-cu il mövsümünədək ardıcıl olaraq 18 dəfə Albaniya çempionu olmuşdur.[1].
Klub bir çox beynəlxalq turnirlərin iştirakçısı olmuşdur,[2] "Partizan" üçün ən uğurlu nailiyyət 1979/1980-cı il mövsümündə Avropa çempionlar kubokunun turniri olmuşdur. Qrupda albanlar Yuqoslaviyanın "Partizan" klubundan cəmi 1 xal geri qalaraq həmin mövsümdə Avropanın 12 ən yaxşı basketbol klublarından biri olmuşdur.[3][4].