Pavel Arxipoviç Zaqrebelni (ukr. Павло Архипович Загребельний; 25 avqust 1924[1][2] – 3 fevral 2009[3][2], Kiyev, Poltava vilayəti[2] və ya Poltava[4]) — SSRİ, Ukrayna yazıçısı, ictimai xadimi və fəalı, Taras Şevçenko adına Ukrayna Milli mükafatı (1974), SSRİ Dövlət mükafatı (1980), Ukrayna Qəhrəmanı mükafatı laureatı (2004). Zaqrebelninin ən məşhur əsərləri "Roksalana", "Mən, Boqdanam", "Divo", "Birinci körpü" və "Kiyevdə ölüm" tarixi romanlarıdır.
Pavel Arxipoviç Zaqrebelni | |
---|---|
ukr. Павло Архипович Загребельний | |
Doğum tarixi | 25 avqust 1924(1924-08-25)[1][2] |
Vəfat tarixi | 3 fevral 2009(2009-02-03)[3][2] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Təhsili |
|
Fəaliyyəti | nəsr |
İstiqamət | sosialist realizmi |
Janr | tarixi roman |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Pavel Zaqrebelni 25 avqust 1924-cü ildə Soloşino kəndində (indiki Poltava vilayəti, Ukrayna) anadan olub. Arxip Afanasyeviç (1894-1974) və Varvara Kirillovnanın (1895-1930) oğludur.
1941-ci ildə onillik məktəbi bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanmış və Kiyevin müdafiəsində iştirak etmişdir. O, 346-cı atıcı diviziyasının 1168-ci atıcı alayında xidmət edib.[5] Onun hərbi artilleriya məktəbi Haynts Quderianın tanklarının hücumunu dayandırmaq Sumiyə göndərilib. Ağır yaralanan Zaqrebelni Saratov xəstəxanasında müalicə olunduqdan sonra, cəbhə bölgəsinə qayıtmış, yenidən ağır yaralanmış və huşsuz vəziyyətdə tutulmuşdur. Amerikalılar tərəfindən əsirlikdən azad edilən Pavel, 1945-ci ildə Qərbi Almaniyada sovet hərbi missiyasında çalışıb.
Pavel Zaqrebelni 1946-1951-ci illərdə Dnepropetrovsk Universitetinin filologiya fakültəsində təhsil alıb.
Regional qəzetdə çalışmış Zaqrebelni 1954-cü ildə Kiyevə köçdükdən sonra isə "Vitçizna" jurnalında çalışıb. 1961-1963-cü illərdə isə o, "Literaturna Ukraina" qəzetinin redaktoru olub. 1964-cü ildən Ukrayna Sosialist Partiyası idarə heyətinin məsul katibi olub, sonra isə Ukrayna Yazıçılar İttifaqına rəhbərlik edib.
1960-cı ildən Sov.İKP üzvü olub.
Pavel Zaqrebelni 2009-cu il fevralın 3-də vərəmdən vəfat edib.
Əsərlərinin nəşrinə 1949-cu ildən başlanılmışdır. O, ilk kitabını Y.Ponomarenko ilə birgə ərsəyə gətirdiyi ilk kitabını 1953-cü ildə nəşr etdirib. Sonralar aşağıdakı əsərləri dərc olunub:
"Birinci körpü" (1972) və "Kiyevdə ölüm" (1973), "Eupraksiya" (1975); XVII əsrdə Zaporojye kazaklarının Polşaya hücumu dövrünü, eləcə də Boqdan Xmelnitskinin şəxsiyyəti "Mən, Boqdanam" (1983) romanında təsvir edilmişdir. Bununla belə, oxucular arasında ən böyük şöhrət və populyarlıq qazanan romanı Osmanlı sultanı Qanuni Sultan Süleymanın rəsmi həyat yoldaşı olmuş Ruteniyalı qul Hürrəm Sultanın taleyindən bəhs edən "Roksalana" (1980) romanıdır.
Onun həyat yoldaşı Ella Mixaylovna Şerban (1929-2022), Sovet partiyasının lideri Mixail Fyodoroviç Şerbanın qızı olub. Onların bu nikahdan 1952-ci ildə qızı Marina, 1957-ci ildə isə oğlu Mixail dünyaya gəlib.
2014-cü il avqustun 21-də Kiyevdə yazıçının 90 illik yubileyi şərəfinə Pavel Arxipoviçin yaşadığı evə xatirə lövhəsi vurulub.[8]