Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü.
Peridural anesteziya | |
---|---|
Peridural (epidural) anesteziya: peridural boşluğun "müqavimətin itməsi" üsulu ilə əldə edilməsi və kateterin epidural boşluğa yeridilməsi | |
MeSH | D000767 |
![]() |
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası — lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası — lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası — lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası — lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə — lat. exomeninx və daxili səfhə — lat. endomeninx. Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə — subdural boşluq — lat. cavum subdurale əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda — sümüküstlüyünü və onurğa kanalında — beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü (lat. dura mater spinalis) təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq — lat. cavum interdurale və onurğa kanalında sərt qişaüstü boşluq — lat. cavum epidurale deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa (lat. arachnoidea) və daxiliqatdan yumuşaq qişa (lat. pia mater) əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq — lat. cavum subarachnoidale deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.