. Love.az

Peter Maurer - Wikipedia - Love.az

Ana Səhifə - Peter Maurer

Peter Maurer (20 noyabr 1956[1][2], Tun[d], Bern kantonu[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir.

Peter Maurer
Doğum tarixi 20 noyabr 1956(1956-11-20)[1][2] (68 yaş)
Doğum yeri
  • Tun[d], Bern kantonu[d], İsveçrə
Təhsili
  • Bern Universiteti
Fəaliyyəti diplomat, siyasətçi
Elmi dərəcəsi
  • hüquq doktoru[d][3]
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı — 2023 2-ci dərəcəli "Dostluq" ordeni (Qazaxıstan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Titullar
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.[4]

Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir.[5] Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir.[6]

Titullar

redaktə
  • 2014 – Fəxri doktor, Bazel Universiteti.[7]
  • 2018 – Fəxri doktor, Vaseda Universiteti.[8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Munzinger Personen (alm.).
  2. ↑ 1 2 Davos 2014 Participant List.
  3. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #136905730 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. ↑ "ICRC names new president". 2011. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  5. ↑ "ICRC Finances". 2015. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  6. ↑ "The ICRC appeals for 2.4 billion Swiss francs for its operations in 2022". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  7. ↑ Dies Academicus 2014 at the University of Basel: Honorary Doctorate for ICRC President Peter Maurer Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine University of Basel, press release of 28 November 2014.
  8. ↑ Honorary Doctorate Conferred on Dr. Peter Maurer, President of the International Committee of the Red Cross Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine Waseda University, press release of 7 December 2018.

Xarici keçidlər

redaktə
  Vikianbarda Peter Maurer ilə əlaqəli mediafayllar var.
  • The president of the ICRC
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Peter_Maurer&oldid=6675471"
LOVE.AZ