. Love.az

Peyk Zavodu - Wikipedia - Love.az

Ana Səhifə - Peyk Zavodu

Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyət sahələri
  • 3 Texnoloji imkanları
  • 4 Mənbə
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Tarixi

redaktə

Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir.

1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.

2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur.[1]

Fəaliyyət sahələri

redaktə

"PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı;
  • Əyilgən çap lövhələrinin istehsalı;
  • Sərt-əyilgən çap lövhələrinin istehsalı

Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi.

Texnoloji imkanları

redaktə

Müəssisənin əsas istehsalat sahələri:

  • "BARCO" işçi stansiyası;
  • Fotoşablonların hazırlanması sahəsi;
  • Pəstah sahəsi;
  • Mexaniki sahə;
  • Fotomexanika sahəsi;
  • Qalvanik örtük sahəsi;
  • Qoruyucu örtükləmə sahəsi;
  • Setkoqrafiya sahəsi;

Müəssisənin köməkçi istehsalat sahələri:

  • Mikroiqlim sahəsi;
  • Elektrik stansiyası;
  • Təmir və texniki xidmət sahəsi;
  • Təmizləmə qurğuları.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Müəssisə haqqında". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
   Müəssisə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Peyk_zavodu&oldid=7769583"
LOVE.AZ