. Love.az

Phelypaea Coccinea - Wikipedia - Love.az

Ana Səhifə - Phelypaea Coccinea

Phelypaea coccinea (lat. Phelypaea coccinea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin phelypaea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Phelypaea coccinea
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Orobanşkimilər
Triba:
Orobancheae
Cins:
Phelypaea
Növ:
Phelypaea coccinea
Beynəlxalq elmi adı
  • Phelypaea coccinea
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 Sinonimləri
    • 7.1 Homotipik sinonimləri
    • 7.2 Heterotipik sinonimləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri-qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir.

Yayılması

redaktə

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər (otarılma, tapdalanma), iqlim amillərinə həssaslıq və yayıldığı meşələrin qırılması. Xüsusi yaşayış mühitinə tələbkar növdür.

Mühafizə tədbirləri

redaktə

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitoinqlərin aparılması tələb olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Anoplanthus coccineus (M.Bieb.) Walp.
  • Anoplon coccineum (M.Bieb.) Riedl & Schiman-Czeika
  • Diphelypaea coccinea (M.Bieb.) Nicolson
  • Orobanche coccinea M.Bieb.

Heterotipik sinonimləri

redaktə
  • Aeginetia coccinea Juss. ex Walp.
  • Anoplanthus biebersteinii Reut.
  • Anoplanthus tournefortii Reut.
  • Anoplon biebersteinii C.A.Mey.
  • Lathraea anblatum L.
  • Lathraea phelipaea Gueldenst.
  • Orobanche phelypaea M.Bieb.
  • Phelypaea bayernii Novopokr.
  • Phelypaea biebersteinii Fisch. ex Walp.
  • Phelypaea foliata Lamb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Phelypaea_coccinea&oldid=7884521"
LOVE.AZ