Girdəbaşlar (lat. Phrynocephalus) — Orta və kiçik ölçülü kərtənkələlər, uzunluğu quyruğu ilə birlikdə 25 sm təşkil edir.
Phrynocephalus | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Phrynocephalus |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Başları qısa, ön hissədən yumru olur. Boğaz hissədə kisəcik olmur.
Avropanın cənub-şərq arid iqlimi olan ərazilərdə, Orta Asiya, Şimal-qərb Çin, İran, Əfqanıstan, Pakistan, Şimali Afrika və Ərəbistan yarımadası ərazisində yayılmışdır.
Onlar əsasən açıq səhra sahələrində yayılırlar. Qumsallığın ortasında gizlənir. Günlük, aktiv olur. Əsasən Cücülər və digər Onurğasızlarla qidalanır.
Bu cinsə daxil olan növlərin böyük əksəriyyəti yumurta qoymaqla çoxalır. 4 növ isə diri bala doğur (P. forsithii, P. theobalcli, P. vlangalii, P. zetangensis), onların arealı Tibet platosu ilə məhdudlaşır.
Bu cinsə hazirda 40 növ daxildir. Ancaq bunu hələ tam say hesab etmək olmaz. Səbəb isə yeni növlərin müəyyənləşə bilməsidir[2][3].