. Love.az

Piri Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Piri Memmedov

Piri Məmmədov[1] - (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb.

Piri Məmmədov
Doğum tarixi 25 yanvar 1940(1940-01-25)
Doğum yeri
  • Alıkənd, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 dekabr 2008(2008-12-25) (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ vətəndaşlığı → Azərbaycan
Milliyyəti Azərbaycan türkü
Dini İslam
Fəaliyyəti jurnalist
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti "Qızıl qələm" mükafatı (Azərbaycan SSR) — 1991

Həyatı

redaktə

Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.

Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Jurnalist ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ "Göyçay ensiklopediyası". goychay-encyclopedia.az (ingilis). 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Piri_Məmmədov&oldid=7682552"
LOVE.AZ