. Love.az

Platanthera Chlorantha - Wikipedia - Love.az

Ana Səhifə - Platanthera Chlorantha

Yaşılçiçək ləçəkotu (lat. Platanthera chlorantha) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.

Yaşılçiçək ləçəkotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Səhləbkimilər
Yarımfəsilə:
Orchidoideae
Triba:
Orchideae
Yarımtriba:
Orchidinae
Cins:
Ləçəkotu
Növ:
Yaşılçiçək ləçəkotu
Beynəlxalq elmi adı
  • Platanthera chlorantha Rchb.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  59353
EOL  1099386

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Yayılması
  • 3 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Kök yumruları uzunsov-yumurtavari, bizvari sonluqludur. Gövdəsi 30–50 sm hündürlükdə, 1–3 sayda xırda lansetşəkill yarpaqcıqlı və iki ədəd iri, enli, oval və ya tərs-yumurtavari, gövdənin aşağı hissəsində enli saplağı olan yarpaqlıdır. Çiçək qrupu cox çiçəkli, boş, 7–25 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və ya yumurtavari, lansetşəkilli, kütləşmiş, yaşılımtıl-ağ, az iylidir. Dodağı xətti-lansetvari,11–14 mm uzunluğunda, küt, qövsvari əyilmiş, 2,7 sm usunluğunda, təpə hissədə sancaqvari qalınlaşmış mahmızlıdır.

Yayılması

redaktə

Samur-Dəvəçi ovalığı, Qobustan, Böyük Qafqazın bütün rayonları (Altıaqac qəsəbəsinin ətrafı), Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Lənkəran və Naxçıvanın dağlıq rayonları, Xəzəryanı ovalıq (Xızı rayonu).

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Arandan orta dağ qurşağına kimi, meşə, kolluqlararası, Anacamptis pyramidalis, Dictamnus caucasicus, Euphorbia condilocarpa bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dekorativ və dərman bitkisidir, elmi və xalq təbabətində istifadə olunur.

Sayı və tendensiyası

redaktə

Bir neçə lokalitetlərdə azalma tendensiyasına meyl müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər (mal-qara tərəfindən tapdalanması və dekorativ bitki kimi intensiv yığılması).

Mühafizə tədbirləri

redaktə

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşılçiçək_ləçəkotu&oldid=6892020"
LOVE.AZ