"Plinacro" ― Xorvatiyanın təbii qaz transmissiyası sistemi operatoru.
Plinacro | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Neft və qaz sənayesi |
Məhsulu | Təbii qaz transmissiyası |
Təsis tarixi | 1 fevral, 2001 |
Baş qərargahın yeri | Zaqreb, Xorvatiya |
plinacro.hr |
"Plinacro" 1 fevral 2001-ci ildə INA-nın yardımçı təşkilatı olaraq quruldu. 2002-ci ilin mart ayından bəri "Plinacro" tam olaraq dövlət şirkətidir.
"Plinacro" 2.085 kilometr (1.296 mi) yüksək təzyiqli qaz kəmərləri ilə işləyir. 3 mart 2009-cu ildə "Plinacro" "MOL Group"-un törəmə şirkəti "FGSZ Zrt" ilə Xorvatiya ilə Macarıstan arasında 294 km uzunluğunda 6,5 milyard kubmetr qaz kəməri çəkmək üçün müqavilə imzaladı, hansı ki Krk adasında "Adria LNG" terminalının inşasından sonra ikitərəfli daşınma əməliyyatların baş tutmasına imkan yaradacaq.[1] "Plinacro" "Adria LNG" terminalını inşa edən konsorsiuma qoşulmağa dəvət edilmişdir.[2][3]
"Plinacro" "Yeni Avropa Transmissiya Sistemi" adlı Mərkəzi və Cənubi Şərqi Avropanın təbii qaz ötürmə şəbəkələrini birləşdirən layihənin həyata keçirilməsi işində iştirak edir.[4]
2009-cu ilin yanvar ayında qərar verildi ki, "Plinacro" Okoli qaz anbarını INA-dan alacaq. Bu, MOL-un INA tərəfindən ələ keçrilməsi nəticəsində baş vermişdir.[5][6]