. Love.az

Podzol Torpaqlar - Wikipedia - Love.az

Ana Səhifə - Podzol Torpaqlar

Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur.[1]

Mündəricat

  • 1 Podzollaşmış qonur dağ-meşə torpaqlar
    • 1.1 Morfoloji əlamətləri
    • 1.2 Mexaniki tərkibi
  • 2 Podzollu sarı torpaqlar
    • 2.1 İqlimi
    • 2.2 Morfoloji əlamətləri
    • 2.3 Yarımtipləri
    • 2.4 Kənd təsərrüfatında istifadəsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Podzollaşmış qonur dağ-meşə torpaqlar

redaktə

Podzollaşmış qonur dağ-meşə torpaqlar Talışın dağlararası ərazilərində formalaşmışdır. M. E. Salayev (1991) öz tədqiqatlarında bu torpaqları zəif doymamış (leyssivajli torpaqlar) adlandırmışdır.[2] Podzollaşmış qonur dağ-meşə torpaqları əsasən fıstıq və vələs-fıstıq meşələri altında əmələ gəlmişdir. Torpaqəmələgətirən süxurlar çökmə və vulkanogen-çökmə süxurların aşınma materiallarında ibarətdir.

Morfoloji əlamətləri

redaktə

Bu torpaqlar üçün səciyyəvi morfoloji əlamətlər aşağıdakılardır:

  1. Torpaq profilinin tam yuyulma rejimində formalaşması;
  2. Profilinin horizontları zəif differensasiyası meşə döşənəyinin yuxa qalınlıqlı (0–3 sm) olması;
  3. Humus qatınında yuxalıqlı və rənginin açıqlaşması;
  4. Karbonatların tam və üzvi birləşmələrdən qismən yuyulması;
  5. Torpaq profilində leyssivaj prosesinə məruz qalması, illivial-tekstur horizontunun seçilməsi səciyyəvidir.

Mexaniki tərkibi

redaktə

Bu torpaqların profilində ümumi humusun miqdarı 1–10% arasında dəyişir və onun yüksək miqdarı 6–10% humus qatında 1,0–2,0% isə üllivial və alt qatlarda müəyyən edilmişdir. Üzvi qalıqlarının zəif parçalanması və torpaqda "moder" tipli humus burləşmələrinin olması ilə əlaqədardır. Podzollaşmış qonur dağ-meşə torpaqlarının profilində udulmuş əsasların miqdarı 15–16 mq\ekv-dir. Meşə altından çıxmış podzollaşmış qonur torpaqlarda da meşələrin bərpası üçün şərait mövcuddur.

Podzollu sarı torpaqlar

redaktə

Podzollu sarı torpaqlar qədim Xəzər allüvial-prolüvial çöküntülü abraziya-akkumulyativ terraslı düzənliyində yayılmışdır.[3] Ərazinin qərb hissəsi allüvial-dellüvial, şərq hissəsi isə allüvial-dellüvial çöküntülərdən təşkil olunmuşdur. Xəzər dənizinin sahilində isə dəniz çöküntüləri çay gətirmələrini əvəz edir.

İqlimi

redaktə

Podzollu sarı torpaqlar yarımhidromorf şəraitdı formalaşmışdır.[4] Çoxillik orta temperatur 14,0°-14,5° C arasında dəyişir.[5] Ən soyuq ayın orta çoxillik temperatur göstəricisi 3,5°-4,5° C –dən aşağı düşmür. Bu torpaqlar donmur, yəni torpaq daxili geokimyəvi proseslər bütün il boyu davam edir. Ona görə də bu torpaqlarda istilik və rütubətsevən sitrus meyvələri çay plantasiyları geniş ərazidə yayılmışdır. İllik yağıntının miqdarı 1400 mm-ə qədər olub, fəsillər üzrə qeyri-bərabər paylanır. Yay aylarında (iyul-avqust) rütubət çatışmazlığı 43–57%-dir.

Morfoloji əlamətləri

redaktə

Qranulometrik tərkib geniş hədd daxilində dəyişir və fiziki gilin miqdarı 33,0–64,6% arasında tərəddüd edir. Bu torpaqların 0–50 sm qatında ümumi humusun miqdarı 1,28–3,0%-dir. Yüksək miqdar 0–20 sm-də (3%) cəmlənmişdir. Zərərli duzların miqdarı 0,25%-dən azdır. Ph-ın kəmiyyəti 4,0–6,1 arasında dəyişir.[6]

Yarımtipləri

redaktə

Podzollu torpaqlar 3 yarımtipə ayrılır:

  1. Zəif podzollu sarı torpaqlar
  2. Orta podzollu sarı torpaqlar
  3. Şiddətli podzollu sarı torpaqlar

Kənd təsərrüfatında istifadəsi

redaktə

Əvvəllər bu torpaqların 90%-dən çoxu çay və sitrus meyvə bağları altında istifadə olunurdu. Hazırda isə bu torpaqlar qismən çay, əsasən tərəvəz və taxıl bitkiləri altında istifadə olunur.

İstinadlar

redaktə
  1. ↑ İ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014, 235 s.
  2. ↑ M. E. Salayev, H. Ə. Əliyev. Azərbaycan torpaqlarının diaqnostikası və təsnifatı (rus dili). 1991, 240 s.
  3. ↑ Məmmədova S. Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarınnı ekoloji qiymətləndirilməsi və monitorinqi. Bakı: Elm, 2006, 369 s.
  4. ↑ Əliyev H. Ə. Böyük Qafqazın torpaqları. 1994
  5. ↑ Kovalyov P. V. Lənkəran vilayətinin torpaqları (rus dilində) Bakı: 1966, 372 s.
  6. ↑ M. E. Salayev, H. Ə. Əliyev. Azərbaycan torpaqlarının diaqnostikası və təsnifatı (rus dili). 1991. 240 s.

Xarici keçidlər

redaktə
  • Azərbaycan torpaqları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Podzol_torpaqlar&oldid=8099632"
LOVE.AZ