. Love.az

Pojarkovia Pojarkovae - Wikipedia - Love.az

Ana Səhifə - Pojarkovia Pojarkovae

Pojarkovia pojarkovae (lat. Pojarkovia pojarkovae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pojarkovia cinsinə aid bitki növü.

Pojarkovia pojarkovae
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Astraçiçəklilər
Fəsilə:
Mürəkkəbçiçəklilər
Yarımfəsilə:
Astrakimilər
Triba:
Xaçgülükimilər
Cins:
Pojarkovia
Növ:
Pojarkovia pojarkovae
Beynəlxalq elmi adı
  • Pojarkovia pojarkovae Greuter, 2005
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  904463

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühüti
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
    • 4.2 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir.[1] Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır.[1] Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır.[1] Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur.[1] Toxumlarının uzunluğu 4 mm, uzunsov, tin-tindir, çılpaqdır; kəkili ağ rəngdədir, ipək kimidir, toxumdan iki dəfə uzundur.[1] İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.[1]

Azərbaycanda yayılması

redaktə

BQ şərq, BQ qərb. Yuxarı dağ qurşağında.[1]

Yaşayış mühüti

redaktə

Meşə və talalarda, daşlı töküntü yerlərdə rast gəlinir.[1]

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Senecio pojarkovae Schischk.

Heterotipik sinonimləri

redaktə
  • Ligularia stenocephalus Matsum.
  • Pojarkovia stenocephala (Boiss.) Askerova
  • Senecio stenocephalus Boiss.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pojarkovia_pojarkovae&oldid=7385825"
LOVE.AZ