. Love.az

Pol Qobl - Wikipedia - Love.az

Ana Səhifə - Pol Qobl

Pol Qobl (ing. Paul A. Goble; 13 yanvar 1949, ABŞ) — amerikalı analitik, yazıçı və köşə yazarı.[2] Mayami Universitetində (BA, 1970) və Çikaqo Universitetində (M. A., 1973) təhsil almış, keçmiş Sovet İttifaqında etnik məsələlərə dair dörd cildin redaktoru olmuş və etnik və milli məsələlərə dair 150-dən çox məqalə dərc etmişdir. Qobl ABŞ dövlət katibi Ceyms Beykerin sovet millətləri və Baltik ölkələri məsələləri üzrə xüsusi müşaviri vəzifəsində çalışıb.

Pol Qobl
Doğum tarixi 13 yanvar 1949(1949-01-13) (76 yaş)
Doğum yeri
  • ABŞ
İş yerləri
  • Tartu Universiteti,
  • "ADA" Universiteti[1]
Təhsili
  • Mayami Universiteti[d],
  • Çikaqo Universiteti
Mükafatları Order of the Cross of Terra Mariana, 1st Class (Estoniya) Order of the Three Stars, 2nd Class (Latviya) Commander's Grand Cross of the Order of the Lithuanian Grand Duke Gediminas (Litva)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırda Dünya Siyasəti İstitutunda adyunkt kimi "Avrasiyada İslam və geosiyasət" dərsini tədris edir.[3]

Mündəricat

  • 1 Karyerası
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə
  • Azərbaycan Diplomatik Akademiyasının Tədqiqatlar və Nəşrlər üzrə Direktoru
  • Tartu Universiteti (Estoniya), keçmiş professor
  • Beynəlxalq Yayım Bürosu, direktorun xüsusi müşaviri
  • Amerikanın Səsi, Direktorun baş məsləhətçisi
  • Azad Avropa/Azadlıq Radiosu, Yayım üzrə Direktor Köməkçisi və Kommunikasiyalar Direktoru
  • Karnegi Beynəlxalq Sülh Fondunun baş əməkdaşı
  • ABŞ Dövlət Departamentinin Sovet millətləri problemləri üzrə xüsusi müşaviri
  • "Azadlıq" radiosunun Tədqiqat şöbəsinin müdir müavini
  • Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunun Sovet Millətləri üzrə Analitiki.
  • Dünya Siyasəti İnstitutunda "İslam və Avrasiyada geosiyasət" kursunu tədris edən adyunkt.
  • Hazırda Euromaidan Press-in köşə yazarıdır.

Əsərləri

redaktə
Kitabları
  • The Situation in Russia: October 1993, Briefing of the Commission on Security and Cooperation in Europe, United States Congress, 1993 (with Ariel Cohen).
Məqalələr
  • "Russia and Its Neighbors", Foreign Policy, No. 90 (Spring, 1993), Carnegie Endowment for International Peace
  • "Forget the Soviet Union", Foreign Policy, No. 86 (Spring, 1992), Carnegie Endowment for International Peace
  • "Chechnya and Its Consequences", Post-Soviet Affairs, 1995
  • "Russia as a Failed State: Difficulties and Foreign Challenges", Baltic Defense Review, 2004

İstinadlar

redaktə
  1. ↑ https://www.iwp.edu/faculty/paul-a-goble/.
  2. ↑ Kelley, Jack. "Yeltsin puts political life in jeopardy". USA Today. 23 December 1994. 22 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-03.
  3. ↑ "Paul Goble". 4 June 2019.

Xarici keçidlər

redaktə
  • "Window on Eurasia – New Series", Paul A. Goble's current blog
  • "Window on Eurasia", Paul A. Goble's earlier blog
  • Paul Goble at the Institute of World Politics
  • Paul A. Goble on Ukrainian Policy
  • Paul A. Goble on The Interpreter Magazine
  • C-SPAN-da göstərilənlər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pol_Qobl&oldid=8153165"
LOVE.AZ