Pol Vilyam Volker IV[7] (12 sentyabr 1973[1][2][…], Qlendeyl, Kaliforniya, ABŞ[5] – 30 noyabr 2013[3][4][…], Valensiya[d], Kaliforniya, ABŞ[6])[8] — ABŞ aktyoru. "Forsaj" film seriyasında Brayan Okanner obrazını canlandırmışdı.
Pol Volker | |
---|---|
ing. Paul Walker | |
![]() | |
Doğum adı | Paul William Walker IV |
Doğum tarixi | 12 sentyabr 1973(1973-09-12)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2013(2013-11-30)[3][4][…] (40 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | kino aktyoru, film prodüseri, televiziya aktyoru, ssenarist, yarış avtomobili pilotu[d], aktyor, dəniz bioloqu, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1984–2013 |
Boyu | 1,88 m |
IMDb | ID0908094 |
![]() |
|
paulwalkerfoundation.org | |
![]() |
Pol 12 sentyabr 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub.[9] Anası Çeril model, atası Pol Vilyam Volker III isə kanalizasiya podratçısı və ikiqat "Qızıl əlcəklər" çempionu olmuş keçmiş həvəskar boksçu idi.[10][11][12] Volkerin ata tərəfdən babası Vilyam "irland" Billi Volker də boksla məşğul olmuşdu və həmçinin o, 1960-cı illərdə Ford yarış avtomobili sürücüsü idi.
Volkerin Aimee və Ashlie adlı iki bacısı, Caleb və Cody adlı isə iki qardaşı var. O, həyatının böyük hissəsini Los-Ancelesin Sunland bölgəsində yaşayaraq keçirib və 1991-ci ildə xristian məktəbindən məzun olub.[13][14] Volker sonralar Cənubi Kaliforniyada yerləşən kollecdə okean biologiyası ixtisası üzrə təhsil alıb.[15]
Pol Volker 30 noyabr 2013-cü ildə Kaliforniyanın Santa-Klarita şəhərindəki Valensiya məhəlləsində dostu Roger Rodas ilə birlikdə avtomobil qəzasında həlak olub.[16] Pol Haiyan tayfununda zərərçəkənlərə yardım üçün xeyriyyə gecəsi təşkil etmişdi. O, geri qayıdarkən avtomobili dostu idarə edirmiş.[17] 40 yaşlı aktyorun qırmızı rəng 2005 Porsche Carrera GT markalı idman maşını güclü sürətlə ağaca çırpılıb. Bundan sonra maşın yanıb. Onlar məclisdə içki və ya narkotik maddə qəbul etməmişdilər, qəza maşında yaranan nasazlıq səbəbindən baş verib.[16][18]