Polandball (Polştop) — mem, ilk dəfə Almaniyanın /INT/ bölməsinin Krautchan.net saytının imicbord istifadəçiləri tərəfindən 2009-cu ildə yaradılmışdı. Bu mem, böyük sayda internet-komiksləri ilə əlaqəlidir, bu komikslərin personajları fərqli ölkələrdir; onlar üstündə milli bayraqları təsfir olunmuş top (countryballs) şəklindədirlər. Polandball/Polştop bu personajlar içərisində birinci və ən populyar olandır.
Polandball-un yaranması 2009-cu ildə drawball.com saytında polyak istifadəçilərlə digər ölkələrdən olan istifadəçilərlə kibermüharibə ilə bağlıdır. Qeyd edilmiş xidmət ziyarətçilərə sfera formasında virual kətanı təqdim edir. Virtual kətan üzərinə şəkil çəkmək olar - həm də əvvəllər çəkilmiş rəsmin üzərinə yenisi əlavə etmək də olar. Polyak internet-mühitində bütün sferaya Polşanın bayrağını çəkmək ideyası gəldi və elə mindən çox Polşalı istifadəçilərin səyi nəticəsində bu ideya həyata keçirilmişdi. Onlar bütün virtual kətanı işğal edib, onu ağ və qırmızı hissələrə bölüb rənqləyir və mərkəzində «POLSKA» yazısını çəkmişdirlər. Lakin elə bu zaman 4chan imicbordun istifadəçiləri buna qarışmışdırlar, belə ki polyakların rəsmi üzərində svastika nişanı yaranmışdı.[1][2]
Krauchan.net imicbordunun bölməsi /INT/ ingilisdilli auditoriya arasında çox populyardır. Məhz bu mühitdə də Polanball yaranmışdı. Onun müəllifi Falcodur - britaniyalı /INT/ istifadəçisi, ilk mem 2009-cu ildə, MS Paint proqramının köməyi ilə yaranmışdı. Əvvəlcə yaranan memlər apolitik idilər və Falco'nun polşalı istifadəçi Wojak'la trollinq üçün istifadə edilirdi.[1][3][4]
Polandball barədə komikslər Təyyarə qəzasından sonra daha da populyarlaşdı.[5]
Komikslər üçün tipik mövzular sırasında Polşanın tarixi, Polşanın xarici siyasəti və milli sterotiplərini nümunə göstərmək olar.[3][5] Bir qayda olaraq, Polşa (yəni Polandball) özündənrazı, çoxlu kompleksləri olan bir personaj kimi göstərilir.[2] Digər top-ölkələrlə dialoqda əsasə slenq ifadələrlə və aşağı səviyyəli ingilis dili istifadə edilir. Polandball'u çəkərkən polşanın bayrağı qəsdən çevrilir (yuxarı hissəsi qırmızı, aşağı hissəsi isə ağ), komiksin sonunda isə Polandball çox vaxt ağlayır.[1][2] Polandball mövzuların bir qismi onunla əlaqəlidir ki, Polşanın öz kosmik proqramı yoxdur. Belə ki, populyar komikslərin birində böyük bir meteorun Yerə düşərək onu məhv edəcəyi göstərilir. Bütün ölkələr kosmik texnologiyaları istifadə edərək Yeri tələsik tərk edirlər. Yalnız Polşa, bu texnologiyalara malik olmadığından Yerdə qalır. Başqa ölkələr Yerin orbitində planetlər kimi fırlanmağa başlayırlar. Polandball gözüyaşlı şəkildə ingilis dilində artıq kanonikləşən «Poland cannot into space» Polşa kosmosa çıxa bilmir) ifadəni işlədir.[3] Hesab edilir ki, bu ifadə ilə rus və polyak istifadəçiləri arasında gedən diskussiyalara son qoyulmuşdu.[1][3][5]
Countryballs-da bütün sənətçilərin riayət etməsi lazım olan müəyyən bir konvensiya var.
Polandball üslubunda digər ölkələrə aid çox sayda komikslər mövcuddur; onları countryball adlandırırlar.[1][4] Top şəklində nəinki ölkələr, həmçinin onların tərkibində olan bölgələr də təsvir edilir. Almaniyanın Bavariya bundeslandı, İspaniyanın Kataloniya bölgəsi, Sibir v.d. regionların da öz top-rəsmləri var. Bəzi ölkələr top formasında deyil, daha orijinal formada göstərilirlər: məsələn Sinqapur üçbucaq formasındadır və buna görə də Trinqapur adlandırılır (Tringapore — ing. triangle — «üçbucaq»). İsrail hiperkub şəklindədir (yəhudi fizikasına allüziya olaraq). Qazaxıstan isə kərpic-dördbucaq şəklindədir.[4]