. Love.az

Poliqam Aktinidiya - Wikipedia - Love.az

Ana Səhifə - Poliqam Aktinidiya

Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.

Poliqam aktinidiya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Dəstə:
Erikaçiçəklilər
Fəsilə:
Aktindiyakimilər
Cins:
Aktinidiya
Növ:
Poliqam aktinidiya
Beynəlxalq elmi adı
  • Actinidia polygama Maxim., 1859
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506776
NCBI  64480
EOL  392752

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir.

Botaniki təsviri

redaktə

Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır. Yarpaqlarının itiuclu və kənarının itidişli olması ilə başqa növlərdən fərqlənir. Ətirli, ağ rəngli çiçəkləri ikicinslidir. Diametri 2,5 sm-ə qədər olur. Meyvəsi silindrvari, ucdan sivri buruncuqludur. Sentyabr-oktyabr aylarında yetişmiş meyvələri açıq-narıncı rəngdə olur. Meyvələrinin uzunluğu 4 sm-dək olub, sentyabr ayında yetişir, həmin dövrdə rəngi kəskin dəyişir.

Ekologiyası

redaktə

İsti, rütubətsevəndir, günəşin sərt şüalarından yarpaqları yanır.

Azərbaycanda yayılması

redaktə

Abşeronda, Lənkəranda, Astarada özəl həyətyanı sahələrdə rast gəlinir. Mədəni şəraitdə XIX əsrin 60-cı illərindən becərilir.[mənbə göstərilməlidir]

İstifadəsi

redaktə

Canlı çəpərlərin salınmasında, divarların örtülməsində dekorativ bitki kimi istifadə olunur. Meyvələri askorbin turşusu ilə zəngindir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Poliqam_aktinidiya&oldid=8046882"
LOVE.AZ