Pompey Lakşmisi — fil sümüyündən hazırlanmış hind heykəlciyi; dağılmış Pompeyin yerində XX əsrin 30-cu illərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır.
Pompey Lakşmisi | |
---|---|
| |
Rəssam | bilinmir |
Tarixi | I əsr |
Üslubu | nü |
Texnikası | Fil sümüyü |
Saxlanıldığı yer | Neapol Milli Arxeologiya Muzeyi |
Saytı | pompeiin.com/it/?l=it&m=… |
İnventar nömrəsi | 149425 |
![]() |
Ehtimallara görə bu hindust və buddistlərin məhsuldarlıq, gözəllik və var-dövlət ilahəsi hesab etdikləri Lakşminin?! heykəlciyidir[1]. Heykəlcik hal-hazırda Neapol Milli Arxeologiya Muzeyinin[ing.] Məxfi kabinəsində[ing.] saxlanılır (№ 149425)[2].
Heykəlcik Pompey xarabalığındakı böyük olmayan Via dell Abbondansa evindən tapılmışdır. Həmin ev hal-hazırda "Hind heykəlcikləri evi" adlanmaqdadır[1][3]. Tapılma tarixi haqqında məlumatlar fərqlidir və əsasən 1930 − 1935-ci illər arasında dəyişir[2], bəzən isə 1938-ci il hesab olunur[1].
Əgər ilahəni bəzəyən zinət əşyaları nəzərə alınmazsa, demək olar ki o, tamamilə çılpaq təsvir edilib. İki xidmətçi qadın – hər tərəfində biri olmaqla, onun sağında və solunda dayanıb və əllərində kosmetika vasitələri qutusunu saxlayıblar[1].
Bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır. Heykəlciyin 79-cu ildə dağılmış Pompeyin xarabalığından tapılması I əsrdə Hind-Roma ticarət əlaqələrinin mövcud olmasına dəlalət edir[1][3]. Neapol Milli Arxeologiya muzeyi tərəfindən müəyyənləşdirilmisdir ki, heykəlcik həmin əsrin birinci yarısında Hindistanda hazırlanmışdır[2].
Əvvəlcə hesab edilirdi ki heykəlcik Mathurada[ing.] düzəldilib, amma indi daha çox onun düzəldiyi yer Bhokardan[ing.] hesab olunur, belə ki Bhokardanda bu heykəlciyin eynisi olan iki başqa fiqur tapılmışdır[4]. Heykəlciyin başı üstündə dairəvi deşik var. Təyinatı barədə bir neçə ehtimal irəli sürülür; ehtimallardan biri budur ki heykəlcik hansısa predmetin tutacağı olmuşdur[2], digər ehtimala görə isə heykəlcik Satavahan dövlətində[ing.] fil sümüyündən yonulmuş üçayaqlı masanın ayağı imiş[5].
Ehtimal edilir ki Qərbi Kşatrapı[ing.] rac Navhapananın[ing.] dövründə − b. e.-nın I əsrinin birinci yarısında, Satavahanı işğal edərkən[6] Pompey Lakşmisi qənimət kimi Satavahan dövləti ərazisində ələ keçirilmiş və Kşatrapıdan qərbə satılmışdır. “Eritrey dənizi peripli”[ing.] məqaləsindən isə məlumdur ki, həmin vaxtlarda Qərbi Kşatrapının Roma İmperiyası ilə ticarət əlaqələri mövcud idi[7].