. Love.az

Portal Cografiya - Wikipedia - Love.az

Ana Səhifə - Portal Cografiya
redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.
A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

Məqaləni oxu...
redaktə  

Qitələr


Avropa Asiya Afrika Amerika Avstraliya və Okeaniya Antarktida
Yeni seçimlər göstər
redaktə  

Seçilmiş məqalə

Qars vilayəti (rus. Карсская область) — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi)  1878 – 14 sentyabr (1 sentyabr Yuli təqvimi)  1917-ci illərdə Rusiya İmperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən Ərdəhan və Qars illərinə, qismən isə Ərzurum ilinə və Ermənistan Respublikasının Şirak mərzinə daxildir.

Məqaləni oxu...
redaktə  

Yaxşı məqalə

Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir.

Məqaləni oxu...
redaktə  

Şəxs

Henri Hudzon (ing. Henry Hudson) (1570-1611) — məşhur ingilis səyyahı, coğrafiyaçı. Şimali Amerikadakı Hudzon körfəzi və Hudzon çayı onun adı ilə bağlıdır. Bir çox səyyahlar kimi Hudzon da Atlantik okeanından Şimal Buzlu okeanını keçməklə Sakit okeana dəniz yolu axtaran və materikin sahil zonalarını tədqiq edən səyyah olmuşdur. Avrasiya materikinin şimalından Sakit okeana səyahəti baş tutmayan Hudzon 1609-cu ildə Şimali Amerikaya səyahət edir. 1903-1906-cı illər ərəfəsində materikin şimal hissələrində tədqiqat işləri aparmaqla ilk dəfə olaraq Qrenlandiyanın Alyaska yarımadasına qədər üzə bilmişdir.

Məqaləni oxu...
redaktə  

Bilirsinizmi?

  • 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i hansı ölkədə mövcuddur...
  • Dünyanın ən dərin çökəkliyi hansı okeandadır...
  • Azərbaycanda neçə milli park vardır...
  • Ekologiya nə deməkdir...
  • Azərbaycanda Qırmızı kitaba daxil olan heyvanlar və bitkilər hansılardır...
  • Azərbaycanda ən nadir və iri yırtıcı hansıdır...
  • Azərbaycanda ən iri su anbarı hansıdır...
  • Dünyanın ən iri qapalı su hövzəsi hansıdır...
redaktə  

Kateqoriyalar

Coğrafiya
Coğrafiyanın bölmələri
Yerlərinə görə coğrafiya
Coğrafiya qaralamaları
Yerlərinə görə kateqoriyalar
Qitələrə görə coğrafiya
Ölkələrinə görə coğrafiya
Şəhərlərinə görə coğrafiya
Coğrafi bölgü növləri
Coğrafi məlumatlar və verilənlər
Coğrafi mərkəzlər
Coğrafi obyektlər
Coğrafi terminlər
Coğrafi zona
Coğrafiya üzrə fəlsəfə doktorları
Coğrafiyaşünaslar
Dağ keçidləri
Geomorfoloji terminlər
İstirahət mərkəzləri
Kartoqrafiya
Qədim coğrafi bölgələr
Materiklər
Naviqasiya
Ölkələr
Regionlar
Relyef
Coğrafiya siyahıları
Coğrafiya tarixi
Təbii zonalar
Coğrafiya təhsili
Coğrafi təsnifatlar
Yerlər
Coğrafi yerləşmə
redaktə  

Seçilən şəkil

Qobustan qayaüstü yazıları
redaktə  

Təbiət möcüzələri

Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

Məqaləni oxu...
redaktə  

Bu ayda...

  • 1 sentyabr 1920 — Fransanın dəstəyi ilə Livan dövləti yaranır.
  • 1 sentyabr 1962 — İranda baş verən zəlzələdə 20 000 nəfər həlak olur.
  • 2 sentyabr 1781 — Los-Anceles şəhərinin əsası qoyulur.
  • 3 sentyabr 1933 — Sovet alpinisti Yevgeni Abalakov SSRİnin ən yüksək nöqtəsi olan Kommunist (indiki İsmayıl Somoni) zirvəsini (7 495 metr) fəth edir.
  • 4 sentyabr 1774 — Ceyms Kuk Yeni Kaledoniyanı kəşf edir.
  • 4 sentyabr 1988 — Banqladeşdə sel 300 nəfərin həyatına son qoydu, 20 000 nəfər isə evsiz eşiksiz qaldı.
  • 4 sentyabr 973 — böyük alim və mütəfəkkir Əl-Biruni anadan olmuşdur.
  • 5 sentyabr 1980 — İsveçrədə dünyanın ən uzun magistral tuneli olan Qotard avtomobil tuneli açılır.
  • 6 sentyabr 1492 — Kolumbun ekspedisiyası Kanar adalarını tərk edərək qərbə istiqamət alır.
  • 6 sentyabr 1522 — Fernan Magellanın başladığı dünya səyahəti 12 nəfər sağ qalan dənizçi ilə başa çatdırılır.
  • 8 sentyabr 1522 — Fernan Magellanın ekspedisiyana daxil olan Viktoriya gəmisi səyahəti tamamlayaraq geri dönür.
  • 11 sentyabr 1823 — İngilis iqtisadçısı David Rikardo vəfat edib.
  • 11 sentyabr 1830 — Ekvador dövləti yaranır.
  • 11 sentyabr 1881 — İsveçdə torpaq sürüşməsi nəticəsində 1 200-ə yaxın insan həlak olur.
  • 11 sentyabr 2003 — Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilir.
  • 12 sentyabr 1504 — Kolumb dünya səyahətinə çıxır.
  • 13 sentyabr 1788 — Nyu-York ABŞ-ın paytaxtı elan edilmişdir
  • 13 sentyabr 1922 — Əlcəzairdə Yer kürəsinin ən yüksək temperaturu qeydə alınmışdır (kölgədə + 58 C).
  • 15 sentyabr 1254 — İtalyan səyyah Marko Polo anadan olmuşdur.
  • 16 sentyabr 1492 — Xristofor Kolumb Sarqas dənizini kəşf edir.
  • 16 sentyabr 1906 — Amundsen cənub qütbünü kəşf edir.
  • 16 sentyabr 1925 — rus və sovet riyaziyyatçısı, fiziki və coğrafiyaşünası, qeyri-stasionar kainat nəzəriyyəsinin banisi Aleksandr Fridman anadan olur.
  • 20 sentyabr 1519 — Fernan Magellan 270 nəfər və 5 gəmiylə İspaniyadan yola çıxmışdır
  • 25 sentyabr 1493 — Kolumb ikinci dəfə Amerikaya səyahətə yola düşür.
  • 30 sentyabr 1961 — Suriya müstəqilliyini elan edir.
redaktə  

Maraqlı faktlar

Manikuaqan gölündə yerləşən Rene-Levasser adası sahəsinə görə gölün özündən böyükdür.

redaktə  

Seçilmiş məzmun

Seçilmiş məqalələr
Featured article Amerika Birləşmiş Ştatları
Featured article Amundsenin Cənub qütbünə ekspedisiyası
Featured article Atlantida
Featured article Buru
Featured article Eri
Featured article Everest
Featured article Xınalıq
Featured article Qars vilayəti
Featured article Naxçıvan Muxtar Respublikası
Featured article Neftçala rayonu
Featured article Palmira
Featured article Peterhof
Featured article Riketts Dərəsi Ştat Parkının şəlalələri
Featured article Yaponiya
Yaxşı məqalələr
Good article Adana ili
Good article Antarktida
Good article Braziliya yaponları
Good article Çexlər
Good article İlisu
Good article Qlazqo
Good article Laptevlər dənizi
Good article Lomonosov
Good article Moqadişo
Good article Sibir yupikləri
Good article Şuşa
Good article Vrangel
Seçilmiş siyahılar
Featured list Asiya ölkələrinin siyahısı
Featured list ABŞ milli parkları
Featured list Polşa milli parkları
Featured list Bakının görməli yerlərinin siyahısı


redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə  Coğrafiya Vikisitatda  Coğrafiya Vikikitabda  Coğrafiya Vikimənbədə  Coğrafiya Vikilüğətdə  Coğrafiya Vikiversitetdə  Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Coğrafiya&oldid=7509536"
LOVE.AZ