Pounamu (Yeni Zelandiya ing. greenstone) – Yeni Zelandiyanın cənubunda tapılan bərk daş növü. Pounamu Maori xalqı üçün çox dəyərlidir və ondan hazırlanan əşyalar Maori mədəniyyətində vacib rol oynayır. Geoloji baxımdan pounamu adətən nefrit, bavenit və serpentinitdir. Lakin maorilər pounamunu rənginə və görünüşünə görə təsnif edirlər.[1]
Əsas təsnifatlar kavakava, kahuranqi, inanqa və tanqivaydır. İlk üçü nefritdir, tanqivay isə bavenitdəndir.[2]
Pounamu sözünün müasir istifadəsi ancaq nefritə aiddir. Pounamu əsasən Cənub adasının spesifik nöqtələrində çaylarda adi daş və qaya kimi tapılır. Daşları kəsib açmadan pounamunu müəyyənləşdirmək çətindir.
Pounamu[7] Maori mədəniyyətində vacib rol oynayır. Taonqa (xəzinə) hesab olunur və Vautanqi müqaviləsi əsasında qorunur. Pounamu taonqa mana artırır və bir nəsildən növbəti nəsilə ötürülür. Ən dəyərli taonqa qədim olanlardır. Onların xüsusi manaya malik olduğu güman olur və əhəmiyyətli razılaşmalar zamanı verilirdi.
Pounamu taonqaya toki, vhao, vhao vhakakoka, ripi pounamu, qazma, çəkic kimi alətlər daxildir. Bunlardən əlavə, matau, kaka poria kimi ovçuluq alətləri, mere kimi silahlar və hey-tiki, hey-matau və pekapeka kimi ornamentlər də bu siyahıya aiddir.[8][9]
Pounamu ancaq Yeni Zelandiyanın Cənub adasında tapılır. Bu ərazi maorilər arasında Te Vay Pounamu ("Yaşıldaş su torpağı") və ya Te Vahi Pounamu ("Yaşıldaş yeri") kimi tanınır.[10] 1997-ci ildə krallıq bütün təbii pounamunun sahibliyini Cəbub adasındakı ivi Nqay Tahuya vermişdir.[11][12]
Pounamu Qərb sahilində, Fiordlenddə və qərbi Souzlenddə tapılır.[13][14] Pounamu dağlardan aşınandan sonra çimərliklərdə və çaylarda tapılır. Lakin pounamu maorilər tərəfindən dağlardan da çıxarılmışdır. Pounamunun yarandığı qaya qrupu ofiolit adlanır. Ofiolitlər dərin okean qabığının və mantiyanın hissələrindən əmələ gəlir. Dərin mantiya qayaları (sepentinit) və okean qabığı qayaları birlikdə qızdırılıb kontakta girsələr, pounamu yarana bilər.[15]
Pounamu Yeni Zelandiyada üç yerdə yarana bilər. Qərbi Souzlenddə yaranan Dun dağı ofiolit qurşağı bu yerlərdən biridir və bu qurşağın Fiordlenddin qərbi və şimal sərhədlərində pounamu tapıla bilər.[16] Milford buxtası yaxınlığındakı Anita körfəzi kiçik, amma dəyərli pounamu mənbəyidir.[17] Cənub Alplarında Pounamu ultramafik qurşağında da pounamu tapılır.[18]
XIX və XX əsrlərdə Viktoriya və Edvard illərində Yeni Zelandiyada qızıl və pounamudan hazırlanan zərgərlik məmulatları və əşyalar dəbdə olmuşdur.[19][20] Pounamu hazırda turistlərə və Yeni Zelandiyadan köçənlərə hədiyyə kimi verilir. 2009-cu ildə Devid Antoni Sakston və oğlu Morqan Devid Sakston vertolyotla Qərb sahilindən pounamu oğurluğu cəhdinə görə 2 il yarım həbs olunmuşdular.[21]
"Üzüklərin hökmdarı" franşizindən Araqornu canlandıran Viqqo Mortensen hey mataudan istifadə edir. "Herakl" serialından Makl Hörstə böyük və ağır pounamu verilmişdi və veriliş boyunca onu taxırdı. Döyüş səhnələrinin birində pounamu onun dişinə dəymişdi. Prodüserlər bunu riskli hesab edərək onu replikası ilə əvəz etmişdirlər.
2016-cı il istehsalı animasiya filmi "Moana"da Te Fitinin ürəyi pounamu daşındandır.
Vikianbarda Pounamu ilə əlaqəli mediafayllar var. |