Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye[1][2]. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir[3][1][4]. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az[5][6], yaxud da heç yox dərəcəsindədir[7][8][9]. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir[1][5][10][11].
Preeyakulyasiya | |
---|---|
![]() | |
![]() |