Proto insan dili və ya birinci insan dili — Linqvistikada Yer üzündəki bütün dillərin əcdadı olan hipotetik proto-dildir. Dilin mənşəyinin unikal olması, bütün təbii dillərin (ehtimal ki, Orta Paleolitdə) bir mənbədən (monogenetik) formalaşdığı fərziyyəsinə əsaslanır. Bu konsepsiya hələ də mübahisəlidir və tarixi linqvistika tərəfindən təsdiqlənməmişdir.[1]
Bu gün mövcud olan dillərin əcdadı olduğu iddia edilən bu dilin hipotetik Neandertal dilindən əvvəl olduğu iddia edilmir.[2]
Bu konsepsiya üçün ümumi qəbul edilmiş termin yoxdur. Bu mövzunu öyrənən tədqiqatların əksəriyyəti haqqında danışdıqları dil üçün bir ad təklif etmirlər. Bəzən Proto-World (Proto dünya) və ya Proto-human (Proto insan) terminlərindən istifadə olunur. Merritt Ruhlen Proto-Sapiens terminindən istifadə etmişdir.[3]:190[4]:315[5]:263[6]
Dilin monogenetik mənşəyinə dair ilk ciddi və elmi tədqiqat Alfredo Trombettinin 1905-ci ildə nəşr olunan L'unità d'origine del linguaggio kitabı olmuşdur.[5]:215 Trombetti mümkün ümumi əcdadın yüz min ilə iki yüz min il əvvəl arasında danışıldığını təxmin edirdi.[7]:337
Monogenezm insan növünün və dillərinin çox mənşəli (poligenezi) olması ideyasının populyar olduğu XIX əsrin sonu və XX əsrin əvvəllərində, bir çox linqvistiklər tərəfindən rədd edilmişdir.[4]:315 Monogenizmin ən tanınmış müdafiəçilərindən biri XX əsrin ortalarında işləmiş amerikalı linqvistik Morris Swadeshdir.[8] O, dillər arasında mövcud olan dərin əlaqələri öyrənmək üçün iki üsul təklif etmişdir: leksik statistika (ing. lexicostatistics) və qlottoxronologiya.[9][4]:315
Onların ardınca gələn monogenezmin tanınmış tərəfdarlarından Merritt Ruhlen, Con Benqtson və Harold Fleminqi göstərmək olar.[10][11]
cərgə | Proto insan dili | Azərbaycanca |
---|---|---|
1 | **aja | ana |
2 | **bu(n)ka | diz; əymək |
3 | **bur | kül, toz |
4 | **čun(g)a | burun; iyi vermək |
5 | **kama | tutmaq |
6 | **kano | qol |
7 | **kati | sümük |
8 | **kolo | deşik |
9 | **kuan | it, köpək |
10 | **ku(n) | kim |
11 | **kuna | qadın |
12 | **mako | uşaq |
13 | **maliqa | döş, əmmək |
14 | **mana | əyləşmək |
15 | **mano | insan, adam |
16 | **mena | fikirləşmək |
17 | **mi(n) | nə |
18 | **pal | iki |
19 | **par | uçmaq |
20 | **poko | qol |
21 | **puti | vulva |
22 | **teku | qıç, ayaq |
23 | **tik | barmaq; bir |
24 | **tika | torpaq |
25 | **tsaku | qıç, ayaq |
26 | **tsuma | saç |
27 | **ʔaqwa | su |
The Proto-World language, also known as the Proto-Human or Proto-Sapiens, is believed to be the single source of origin of all the world’s languages.