. Love.az

Prusslar - Wikipedia - Love.az

Ana Səhifə - Prusslar

Prusslar — Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu, xalq. Qədim prussların maddi mədəniyyətləri onlara dilcə qohum olan letto-litvalılar və slavyanların mədəniyyətinə oxşardır. Prussların adları mənbələrdə IX əsrdən çəkilir. Prusslar Polşa və Rusiya ilə ticarət əlaqələri saxlamışlar. 1283-cü ildə Roma papasının və alman feodallarının köməyi ilə Tevton ordeni prussların torpaqlarını işğal etdi. İşğalçılar prussların əksəriyyətini qırdılar, qalanları isə tədricən almanlaşdı. Prussiyanın adı prusslardan götürülmüşdür.[1]

Prusslar

İstinadlar

redaktə
  1. ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Prusslar&oldid=8070245"
LOVE.AZ