Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s.
Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır. Pulpitin ən çox yayılmış səbəbi də zamanında müalicə edilməyən kariesin inkişaf etməsidir. Belə ki, diş qatı məhv olduqca karioz boşluq artır, onun tərkibində olan patogen mikroorqanizmlər (streptokokklar, stafilokokklar, diplokokklar, enterokokklar, qram-müsbət çubuqlar və s.) dentin boruları vasitəsilə pulpa kamerasına nüfuz edərək patoloji prosesi işə salır. Pulpitin digər səbəbləri sinüzit, periodontal xəstəlik, parodontit, osteomielit, sepsis, infeksiyanın qan və limfa axını ilə pulpaya daxil olmasıdır.
Tibbi səhv kimi bir səbəbidə qeyd etməmək mümkün deyil - dərin karieslərin müalicəsi zamanı kifayət qədər diqqətlə təmizlənmədən diş kanalının möhürlənməsi nəticəsində plombun altında infeksion proses inkişaf etməyə başlayır.[1] Nadir hallarda pulpitin yaranma səbəbi mexaniki zədələr nəticəsində ola bilər.
Pulpitin iki forması var:
Pulpit xroniki hala keçdikdə iltihab prosesləri demək olar ki, ağrısız olur. Ancaq xəstəlik irəliləməyə davam edir və daha ciddi xəstəliklərə səbəb ola bilər. Həmin xəstəliklərə aid olunur:
Bütün bu ağırlaşmaları nəzərə alaraq pulpitin ilk əlamətləri zamanı mütləq qaydada həkim stomatoloqa müraciət olunmalıdır.
Pulpit ilə ağrılar qəfil gecə baş verə bilər və bir mütəxəssisə dərhal müraciət etmək mümkün olmadıqda vəziyyəti yüngülləşdirmək üçün ağrı kəsicilərindən istifadə etmək tövsiyə olunur.[8] Damaqları kalendula, çobanyastığı, adaçayı və ya soda-duz məhlulu ilə yaxalamaq olar. Lakin bu üsullar müalicə üsulu deyil, vəziyyətin ağırlaşmaması üçün həkimə yazılmalı və artıq stomatoloji klinikada həkimin müayinəsi, diş köklərinin rentgeni keçirildikdən sonra müalicə təyin olunmalıdır.