. Love.az

Pyotr Yudin - Wikipedia - Love.az

Ana Səhifə - Pyotr Yudin

Pyotr Borisoviç Yudin (rus. Пётр Борисович Ю́дин; 25 dekabr 1892 (6 yanvar 1893), Yeni Mərgilan, Fərqanə vilayəti – 17 iyul 1977, Bakı) — sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1955), RSFSR-in əməkdar artisti (1941), Stalin mükafatı laureatı (1951).

Pyotr Yudin
Doğum tarixi 25 dekabr 1892 (6 yanvar 1893)
Doğum yeri
  • Yeni Mərgilan, Fərqanə vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 17 iyul 1977(1977-07-17) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri İkinci Fəxri Xiyaban
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1915–1977
Teatr Maksim Qorki adına Nijni Novqorod Dram Teatrı
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19551955 "RSFSR əməkdar artisti" fəxri adı — 1941 "Stalin" mükafatı — 19511951 "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiyası
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

25 dekabr 1892-ci ildə (6 yanvar 1893-cü il) Yeni Mərgilan şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1915-ci ildə Fərqanə şəhərində başlamışdır. Daşkənd, Aşqabad, Voronej, Yaroslavl, Arxangelsk və Kazan teatrlarında çalışmışdır. 1931—1946-cı illərdə Maksim Qorki adına Nijni Novqorod Dram Teatrında işləmişdir, 1946-cı ildə isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında. 17 iyul 1977-ci ildə vəfat etdi. Bakıda İkinci Fəxri Xiyabanda dəfn edildi.[1]

Filmoqrafiyası

redaktə
  • 1958 — Kölgələr sürünür — Britaniya kəşfiyyatçısı

Mükafatları

redaktə
  • RSFSR əməkdar artisti (1941)
  • 3-cü dərəcəli Stalin mükafatı (1951) — S. Vurğun adına AzDARDT-nin səhnəsində İ. A. Qasımovın "Xəzər dənizində tufan" pyesində Poladov rolunu canlandırdığına görə
  • Azərbaycan SSR xalq artisti (30 aprel 1955)
  • "Qırmızı əmək bayrağı" ordeni

İstinadlar

redaktə
  1. ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası // Azərbaycan Dövlət Rus Dram Teatrı. 1. Б.: Azərnəşr. 2016. 175. ISBN 978-9952-8306-3-7.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pyotr_Yudin&oldid=6221087"
LOVE.AZ