. Love.az

Qindirga - Wikipedia - Love.az

Ana Səhifə - Qindirga

Qındırğa — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Qındırğa
41°22′32″ şm. e. 46°39′06″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 105 nəf.
Xəritəni göstər/gizlə
Qındırğa xəritədə
Qındırğa
Qındırğa

Mündəricat

  • 1 Əhalisi
  • 2 Toponimikası
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Əhalisi

redaktə
  • 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qındırğa kəndində milli tərkibi muğallardan ibarət 14 ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
  • 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 25 təsərrüfatda hər iki cinsdən toplam 117 nəfər əhali yaşamaqdadır.[2]

Toponimikası

redaktə

Qındırğa oyk., sadə. Qax r-nunun Zəyəm ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonimin mənası dialekt materiallan əsasında izah olunur. Azərbaycan dilinin qərb və şimal dialekt və şivələrində qındırğa sözü “susuz yerdə bitən tikanlı ot'* mənasında işlənir. Yəqin ki, bu kəndin ətrafında çoxlu qındırğa bitkisi varmış. Tədqiqatçılar Qəbələ r-nunda bu sözün qındralıq formasında bir oronimin tərkibində işləndiyini qeyd edirlər.[3]

Həmçinin bax

redaktə
  • Qax rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin

İstinadlar

redaktə
  1. ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  2. ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
  3. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qındırğa&oldid=6446193"
LOVE.AZ