. Love.az

Qirxlardag 2 - Wikipedia - Love.az

Ana Səhifə - Qirxlardag 2

Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m).  Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin  suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş,  şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.[1]

Culfa rayonu
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 3175,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Culfa

Həmçinin bax:

redaktə
  • Qız-gəlin dağı
  • Abdal (dağ)
  • Elti dağı
  • Ağaverdi dağı
  • Qapıcıq dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qırxlardağ_2&oldid=6087555"
LOVE.AZ