Qəşəm Nəcəfzadə (tam adı: Qəşəm Mirzə oğlu Nəcəfov; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Azərbaycan şairi, yazıçısı və jurnalisti.
Qəşəm Nəcəfzadə | |
---|---|
Nəcəfzadə 2016-cı ildə | |
Təxəllüsü | Nəcəfzadə |
Doğum tarixi | 1 aprel 1959(1959-04-01) (66 yaş) |
Doğum yeri | |
Uşağı | Kəramət Böyükçöl daxil olmaqla 3 |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, söz yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | şeir |
Üzvlüyü | |
Mükafatları | |
qeshemnecefzade.net | |
![]() |
O, 2018-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı və Azərbaycan Teleradio Akademiyasında müəllimdir.
O, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatıdır. O, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalında iştirak edib.
Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
2023-cü ildə birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ona ev verilib.[1] Eyni ildə onun Heydər Əliyevə həsr etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.[2]
Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.[4]
Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.[mənbə göstərilməlidir]
Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.[5]
Vikianbarda Qəşəm Nəcəfzadə ilə əlaqəli mediafayllar var. |