. Love.az

Qedir Bey Sirvasidze - Wikipedia - Love.az

Ana Səhifə - Qedir Bey Sirvasidze

Qədir bəy Şirvaşidze (gürc. ყადირ შერვაშიძე; 29 iyun 1887, Keda[d], Acarıstan Muxtar Respublikası – 8 may 1919, Tiflis) — gürcü siyasətçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü.

Qədir bəy Şirvaşidze
gürc. ყადირ შერვაშიძე
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyun 1887(1887-06-29)
Doğum yeri
  • Keda[d], Acarıstan Muxtar Respublikası, Gürcüstan
Vəfat tarixi 8 may 1919(1919-05-08) (31 yaşında)
Vəfat yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan Demokratik Respublikası

Həyatı

redaktə

Gürcü-müsəlman ailəsində anadan olub. 1897-1899-cu illərdə Batumi gimnaziyasının hazırlıq şöbəsində, 1899-cu ildən isə gimnaziyada oxuyub.

Orta məktəb şagirdi kimi o, liseydə polis rejiminə qarşı tələbə etirazlarında iştirak edib. Gizli tələbələr dərnəyinin üzvü idi. 1905-ci il inqilabı zamanı Batumda tələbələrin anti-hökumət aksiyalarında fəal iştirak etmiş, həbs edilmiş və başqa məktəblərə giriş qadağası ilə gimnaziyadan qovulmuşdur.

O, təhsilini 1909-cu ildə bitirdiyi Tiflis Klassik Gimnaziyasında davam etdirməyə nail olub.

1909-cu ildə Yuryev Universitetinin tibb fakültəsinə daxil olmuş, burada gürcü tələbə icmasının üzvü olmuş, tələbə hərəkatında iştirak etmiş, 1910-cu ildə həbs edilmişdir. O, pravoslav xristian olan Nadejda (Tsutsa) Baxtadze ilə evlənmişdir.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qədir_bəy_Şirvaşidze&oldid=7698770"
LOVE.AZ