Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd.[3] 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5]
Qədirli | |
---|---|
41°02′13″ şm. e. 45°38′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6034[2] |
Xəritəni göstər/gizlə
|
Oykonim Azərbaycan xalqının formalaşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovulmuş, kənd ilkin adından məhrum olmuşdur.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar | Qeydlər |
---|---|---|---|---|
1999[7] | 2639 | 1289 | 1350 | Statistik göstərici Cilovdarlı kəndi ilə birlikdə göstərilmişdir. |
2009[8] | 1556 | 785 | 771 |
Kənddə 7 əsas soy yaşayır: alıməmmədlilər, bayramalılar, dünyamalılar, xasılar, cəlalixasılar, səfqulular, şahnəzərlilər.
Kənddə Qədirli kənd kitabxana filialı[9] və Qədirli poçt şöbəsi (AZ6034)[10] fəaliyyət göstərir.
Kənddə Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Bundan başqa kənddə Qədirli kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Qədirli kənd həkim məntəqəsi yerləşir.[14]