. Love.az

Qenbereli Bey Beneniyarski - Wikipedia - Love.az

Ana Səhifə - Qenbereli Bey Beneniyarski

Qənbərəli bəy Bənəniyarski (1890, Bənəniyar, Naxçıvan qəzası – 29 noyabr 1937) — Araz Türk Cümhuriyyətinin maliyyə naziri.

Qənbərəli bəy Bənəniyarski
Qənbərəli Şirəli oğlu Bənənyarski
Araz Türk Cümhuriyyətinin maliyyə naziri
3 noyabr 1918 – ?
Əvvəlkivəzifə ləğv olundu
Sonrakıvəzifə təsis olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1890
Doğum yeri
  • Bənəniyar, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 noyabr 1937(1937-11-29)
Fəaliyyəti hərbi qulluqçu

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Sovet dövrü
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

redaktə
 
Kiyev İmperator Universitetinin tələbələri. Ən ortada Musa bəy Rəfiyev, onun arxa tərəfində solda Qəmbərəli bəy Bənənyarski, sağda Firuz bəy Ordubadski durublar[1]

Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. Universitet təhsili alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır.[2]

Sovet dövrü

redaktə

Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və sürgünə göndərirdilər. Qənbərəli bəy də onlar kimi təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı.[2]

O, milyonçu Məşədi Heydər Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişdilər.[2]

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərinə görə 29 noyabr 1937-ci ildə güllələnmişdir[2]

Siyasi fəaliyyəti

redaktə

3 noyabr 1918-ci il tarixində İbrahim bəy Cahangirzadə rəhbərliyində təşkil olunan Araz Türk Cümhuriyyəti Nazirlər Şurasında maliyyə naziri postunu tutmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ Mərdanov, Misir; Tahirzadə, Ədalət. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 6 N-R. Bakı: Təhsil. 2021. 342. ISBN 978-9952-518-03-0.
  2. ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.

Həmçinin bax

redaktə
  • Araz Türk Cümhuriyyəti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qənbərəli_bəy_Bənəniyarski&oldid=7962728"
LOVE.AZ