. Love.az

Qabil Manafov - Wikipedia - Love.az

Ana Səhifə - Qabil Manafov
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor.

Qabil Manafov
Manafov Qabil Nadir oğlu
Doğum tarixi 1952
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20112011

Həyatı

redaktə

Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur[1]. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D. Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır.

1974–1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır.

1975-ci ildə ordu sıralarında xidmət etmişdir.

1976–1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur.

1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1980–1982-ci illərdə V. İ. Lenin adına APİ-da (indiki N. Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir.

1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir. 80-dən yuxarı elmi və elmi-metodiki əsərlərin müəllifidir.

Nəşrləri

redaktə
  • Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş; Bakı 1991.
  • Sahibkarlığın nəzəri və praktiki problemləri; Bakı 1997.
  • Sahibkarlıq: nəticələr, problemlər, vəzifələr; Bakı 2000
  • Особенности формирования государственного предпринимательства; Москва 2001.
  • Sahibkarlıq probleminin həllinə kompleks yanaşmanın zəruriliyi. İqtisadiyyat qəzeti. Məqalələr toplusu; Bakı 2002

İstinadlar

redaktə
  1. ↑ ".prof.Manafov Qabil Nadir". 2012-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qabil_Manafov&oldid=7685655"
LOVE.AZ