Qado-qado (indoneziya. gado-gado) — İndoneziya mətbəxinin şorbasıdır[1]. Müxtəlif növ tərəvəz və bir sıra digər məhsulların bişməsindən alınır. Şorbaya araxis şirəsi də əlavə edilir. Xüsusən Yavada bu yemək çox məşhurdur. Müxtəlif regionlarda bişirilimə qaydası da müxtəlifdir.[2]
Qado-qado Yava şorbası adlanır[3]. Adanın qərb və şərq hissəsinin milli şorbasıdır. onun bir çox növləri mövcuddur.[4] XX əsrin ikinci yarısında qado-qado İndoneziyanın digər bölgələrinə yayılmağa başladı[5]. Malayziya, Sinqapur, o cümlədən Niderland, İndoneziyanın əvvəlki müstəmləkəsi olmuş ərazilərdə az yayılmışdır. Hal-hazırda İndoneziyanın bir çox elit restoranlarında bu yeməkdən verirlər[6].[7]
Qado-qado Avropa salatlarına çox bənzəyir. Şorba xüsusən araxis şirəsi xüsusi dad verir. əsas tərkibi tərəvəzlərdən ibarətdir. Tərəvəzlə yanaşı qaynadılmış yumurta, tofu və s. daxildir. Ona nadir hallarda ət və balıq da əlavə olunur. Həmçinin kartof, batat, kabaçki, badımcan, lobya kimi bitki ərzaqların qaynadılmış vəziyyətdə istifadə olunur. Yerkökü, ispanaq, kələm, doğranmış soğan, bambuk qaynadılaraq pendirdə əlavə edilərək qado-qadoya qatılır.[8]
Araxis sousunu hazırlamaq üçün müxtəlif variantı var[9]. Əsasən onu araxis yağından kokos südündən, limon şirəsi, kokos şəkər tozu, sarımsaq, qırmızı bibər və digər ədviyyatlar istifadə olunur[10][11].
Qado-qadonun tərkibinə müxtəlif tərəvəz və ədvalar daxil olduğu üçün ona onun hərfi mənası assorti, qarışıq deməkdir. "Musiqili qado-qado" popuri adlanır.[12]