Qala qoyunu – əsasən Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən olan Qala kəndində xalq selleksiyası nəticəsində əldə edilmiş və bu günümüzə qədər qorunub saxlanılmış qoyun papulyasiyalarından biri. Qala qoyunu populyasiya kimi Şirvan cinsinin bir qolu sayılır. Məhdud ərazidə yayıldığı üçün cins deyil populyasiya sayılır.
Qala qoyunu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Heç təsadüfi deyildir ki, qoyunun adı da Qala kəndinin adından götürülmüşdür. Qala qoyun cinsinin saflaşdırılmasında, bərpasında, çoxaldılmasında, damazlıq-seleksiya işinin təkmilləşdirilməsində Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfovun əvəzsiz xidmətləri olmuşdur. Qala qoyunu eyni zamanda seleksiyaçı-alim Nəcəf Nəcəfovun tərəfindən selleksiya nəticəsində yaradılmış məhsuldar Abşeron cinsinin əcdadı sayılır.