Qalina Qriqoryevna Kazaçinova (Kujakova) (rus. Галина Григорьевна Казачинова (Кужакова); 9 dekabr 1941, Ağban piltiri aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, pedaqoq, ictimai xadim. Rusiya Yazıçılar Birliyinin üzvü (1993). Xakasiya Yazıçılar Birliyinin sədri (1998–2009). Xakasiya Respublikasının Əməkdar mədəniyyət işçisi (1996).
Qalina Qriqoryevna Kazaçinova | |
---|---|
| |
Təxəllüsü | Qalina Kazaçinova |
Doğum tarixi | (83 yaş) |
Doğum yeri | Aev ulusu, Ust Abakan rayonu, Xakasiya Muxtar Vilayəti |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | xakas türkü |
Təhsili | Abakan Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı, şair, dilçi |
Fəaliyyət illəri | 1967-ci il |
Əsərlərinin dili | xakas dili |
Janrlar | poeziya, nəsr, dramaturgiya, tərcümə |
İlk əsəri | “Toy” (“Той”) – 1979 |
Qalina Qriqoryevna Kazaçinova (Kujakova) 9 dekabr 1941-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Ust Abakan rayonunun Aev ulusunda anadan olmuşdur.
Orta təhsilini tamamladıqdan sonra Abakan Pedaqoji Məktəbinə daxil olmuşdur. Abakan Dövlət Pedaqoji İnstitutunda oxuyarkən jurnalistika ilə məşğul olmağa başlamışdır.
İnstitutu bitirdikdən sonra ədəbi işçi, radio və televiziya redaktoru, Xakasiya Kitab Nəşriyyatının redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. 1998–2009-cu illərdə Xakasiya Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışıdr. Xakasiya Respublikasının Əməkdar mədəniyyat işçisi (1996) adına layiq görülmüşdür.
Qalina Kazaçinova 1967-ci ildən mətbuada bədii yazılarla çıxış edir. "Toy" ("Той") adlı ilk kitabı 1979-cu ildə nəşr olunmuşdur. Onun poetik yaradıcılığının əhəmiyyətli hissəsi uşaqlara ünvanlanmışdır: "… Mən uşağın xarakterinə, böyüyərkən ətraf dünyaya təəccüblü, heyrətli, açıq baxışlarına ruhən bələdəm. Mənim ən adi vəzifəm uşaqların canlı təbiəti, doğma yurdlarını, ata evlərini sevmələrinə kömək etməkdir … ".
"Skazka" teatrının səhnəsində bir neçə mövsümdə onun "Dağ ruhlarının sirri" nağılı tamaşaya qoyulmuşdur. İbtidai siniflər üçün bir neçə dərsliyin müəllifidir.
1992-ci ildə onun uyğunlaşdırma və redaktəsində qəhrəmanlıq əfsanəsi "Xan Mirgen" nəşr olunmuşdur.
1994-cü ildə Türkiyənin Ankara şəhərində keçirilən II Uluslararası Yazarlar Konqresinin iştirakçısı olmuşdur.
Əsərlərini xakas dilində yazır. Bir sıra bədii yazıları rus, türk və ingilis dillərinə tərcümə edilmişdir. 2003-cü ildə Kanadada xakas və ingilis dillərində "Dağ ruhları" kitabı nəşr olundu. 2008-ci ildən xakas dilində yayınlanan "Göy qurşağı" ("Тигір хуры") adlı uşaqlar üçün jurnalın müəllif-tərtibçisidir.